Natural Halı Mobiloqraf / Kontent Meneceri
О должности
Komandamıza kreativ düşüncəli, sosial media trendlərini izləyən, mağaza daxilində məhsul, kampaniya və endirim çəkilişləri hazırlaya bilən Mobiloqraf / Kontent Meneceri axtarırıq.
Namizəd yalnız video çəkən biri yox, məhsulu sosial mediada daha cəlbedici göstərməyi, kampaniyanı satışa yönəltməyi və izləyicidə alış istəyi yaratmağı bacarmalıdır.
Vəzifə öhdəlikləri:
- Mağaza daxilində məhsulların foto və video çəkilişlərini həyata keçirmək
- Kampaniya, endirim, yeni məhsul və xüsusi təkliflər üçün satış yönümlü video kontentlər hazırlamaq
- Instagram Reels, TikTok və digər sosial media platformaları üçün dinamik qısa videolar çəkmək və montaj etmək
- Məhsulun üstünlüklərini, qiymət təkliflərini və kampaniya mesajlarını videoda aydın göstərmək
- Çəkilişlərdə məhsulu cəlbedici təqdim etmək və alışa yönləndirən kontent formatları yaratmaq
- Endirim, kampaniya və mağaza içi aktivliklər üçün kreativ video ideyaları təklif etmək
- Çəkilən videoların montaj və edit prosesini icra etmək
- Sosial media trendlərini izləmək və uyğun formatları mağaza kontentlərinə tətbiq etmək
- Kontent planının hazırlanmasına və icrasına dəstək olmaq
- Brendin vizual üslubuna uyğun foto və video materiallar hazırlamaq
Tələblər:
- Telefonla keyfiyyətli foto və video çəkilişi bacarığı
- Mağaza daxilində məhsul və kampaniya çəkilişləri edə bilmək
- Satış yönümlü kontent məntiqini başa düşmək
- CapCut, VN və ya digər montaj proqramlarında işləmə bacarığı
- Instagram Reels və TikTok formatlarını bilmək
- Hook, subtitle, sürətli montaj və dinamik video axını qurmaq bacarığı
- Kreativ düşüncə və vizual zövq
- Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı
- Portfolio və ya çəkdiyi iş nümunələrinin təqdim olunması
Üstünlükdür:
- Mağaza, retail və ya məhsul çəkilişi üzrə təcrübə
- Endirim və kampaniya kontentləri hazırlamaq təcrübəsi
- Reklam üçün video kreativ hazırlamaq bacarığı
- SMM və ya mobiloqrafiya sahəsində bilik və ya sertifikat
- Süni intellekt alətlərindən istifadə bacarığı
- Sadə satış mətnləri və video ssenariləri hazırlamaq bacarığı
Təklif edilən şərtlər:
- Tam iş günü
- Rəsmi əməkdaşlıq imkanı
- Stabil iş mühiti
- Komanda ilə inkişaf imkanı
- Performansa əsasən bonus sistemi
- 600 AZN maaş + 260 AZN yemək pulu (Nağd pul olaraq verilir)
İş yeri: Nəriman Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
İş qrafiki: 09:30 – 18:00
Əməkhaqqı: 600 AZN maaş + 260 AZN yemək pulu (Nağd pul olaraq verilir) + performansa əsasən bonus
Maraqlanan namizədlər CV-lərini və ya portfolio / iş nümunələrini göndərə bilərlər.
Müraciət zamanı mövzu hissəsində “Mobiloqraf / Kontent Meneceri” qeyd etməyiniz [email protected] email adresinə göndərməyiniz xahiş olunur.
