Norm MRP üzrə Kiçik Mütəxəssis
About this role
Hazırda şirkətimizə MRP üzrə Kiçik Mütəxəssis axtarırıq.
İş yeri: Seçilən namizəd həm zavod ofisində (Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.), həm də şəhər ofisində (8 noyabr prospekti, Baku Bay Tower) çalışacaqdır.
Əsas vəzifə və öhdəliklər:
Sənəd İdarəetmə Sisteminin (DMS) daxili administratoru kimi fəaliyyət göstərmək, istifadəçilərin idarə olunmasını, giriş hüquqlarının tənzimlənməsini və dəstək və təkmilləşdirmələr üzrə vendorlarla koordinasiyanı həyata keçirmək;
Rəqəmsal həllərin uğurla tətbiqi və effektiv istifadəsini dəstəkləmək məqsədilə layihə komandaları, proses sahibləri və son istifadəçilərlə əməkdaşlıq etmək;
Mövcud və hədəf proseslərin, texniki tələblərin və istifadəçi ehtiyaclarının sənədləşdirilməsini dəstəkləmək;
Jira, MS Project və digər layihə idarəetmə alətlərindən istifadə etməklə layihə tapşırıqlarını və vaxt qrafiklərini izləmək;
Test fəaliyyətlərində, son istifadəçi rəy sessiyalarında və təlimlərin həyata keçirilməsində iştirak etmək;
Rəqəmsallaşdırma təşəbbüsləri ilə bağlı daxili təqdimatlar, hesabatlar və idarəetmə panelləri (dashboard) hazırlamaq;
Proseslərdəki səmərəsizliklərin müəyyən edilməsini dəstəkləmək və davamlı təkmilləşdirmə fəaliyyətlərinə töhfə vermək;
Test və canlı istifadəyə keçid (go-live) mərhələlərində birinci səviyyəli dəstək göstərmək;
Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Tələblər:
İT, Biznesin İdarəedilməsi, Sənaye Mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
Rəqəmsal transformasiya, ERP və ya proseslərin optimallaşdırılması layihələrində 2 il iş təcrübəsi
Güclü analitik düşüncə, ünsiyyət və komanda ilə işləmə bacarıqları
Microsoft Excel, PowerPoint və layihələrin izlənilməsi alətləri üzrə biliklər
ERP sistemləri (məsələn, SAP) və iş axını (workflow) alətləri ilə tanışlıq
Əla səviyyədə ingilis dili biliyi
Tələb olunan kompetensiyalar
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
İmtiyazlar
Könüllü tibbi siğorta
Servis avtobusu
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
