NormNorm

MRP üzrə Kiçik Mütəxəssis

2 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
12 iyul 2026

Vəzifə haqqında

Hazırda şirkətimizə MRP üzrə Kiçik Mütəxəssis axtarırıq.

İş yeri: Seçilən namizəd həm zavod ofisində (Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.), həm də şəhər ofisində (8 noyabr prospekti, Baku Bay Tower) çalışacaqdır.

Əsas vəzifə və öhdəliklər:

  • Sənəd İdarəetmə Sisteminin (DMS) daxili administratoru kimi fəaliyyət göstərmək, istifadəçilərin idarə olunmasını, giriş hüquqlarının tənzimlənməsini və dəstək və təkmilləşdirmələr üzrə vendorlarla koordinasiyanı həyata keçirmək;

  • Rəqəmsal həllərin uğurla tətbiqi və effektiv istifadəsini dəstəkləmək məqsədilə layihə komandaları, proses sahibləri və son istifadəçilərlə əməkdaşlıq etmək;

  • Mövcud və hədəf proseslərin, texniki tələblərin və istifadəçi ehtiyaclarının sənədləşdirilməsini dəstəkləmək;

  • Jira, MS Project və digər layihə idarəetmə alətlərindən istifadə etməklə layihə tapşırıqlarını və vaxt qrafiklərini izləmək;

  • Test fəaliyyətlərində, son istifadəçi rəy sessiyalarında və təlimlərin həyata keçirilməsində iştirak etmək;

  • Rəqəmsallaşdırma təşəbbüsləri ilə bağlı daxili təqdimatlar, hesabatlar və idarəetmə panelləri (dashboard) hazırlamaq;

  • Proseslərdəki səmərəsizliklərin müəyyən edilməsini dəstəkləmək və davamlı təkmilləşdirmə fəaliyyətlərinə töhfə vermək;

  • Test və canlı istifadəyə keçid (go-live) mərhələlərində birinci səviyyəli dəstək göstərmək;

  • Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;

  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

Tələblər: 

  • İT, Biznesin İdarəedilməsi, Sənaye Mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi

  • Rəqəmsal transformasiya, ERP və ya proseslərin optimallaşdırılması layihələrində 2 il iş təcrübəsi 

  • Güclü analitik düşüncə, ünsiyyət və komanda ilə işləmə bacarıqları

  • Microsoft Excel, PowerPoint və layihələrin izlənilməsi alətləri üzrə biliklər

  • ERP sistemləri (məsələn, SAP) və iş axını (workflow) alətləri ilə tanışlıq

  • Əla səviyyədə ingilis dili biliyi

Tələb olunan kompetensiyalar

  • Müştəriyönümlülük

  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

  • Bütövlük

  • Yenilikçilik

İmtiyazlar

  • Könüllü tibbi siğorta

  • Servis avtobusu

  • Şəxsi və peşəkar inkişaf imkanları

  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti

  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri

  • Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar

Hamısına bax