T TurquoiseTurquoise

Mühasib

Posted 4 h ago Source
Finance
Monthly salary
Salary negotiable
Application deadline
23 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş növü: Tam iş günü

Yer: Bakı, Azərbaycan

2002-ci ildən Bekaert (Belçika), Sika AG (İsveçrə), Arfen (Türkiyə), Dupont Tyvek (ABŞ) və Ecolab Nalco Water (ABŞ) şirkətlərinin rəsmi tərəfdaşı olan Turquoise Group Azərbaycanın tikinti sektorunda iri layihələrə innovativ həllər təqdim etməkdədir. Hal-hazırda şirkət maliyyə komandası üçün Mühasib axtarışındadır. 

İşin öhdəlikləri:

  • İlkin mühasibat uçotunun aparılması,

  • Alış və satış sənədlərinin — müqavilələrin, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının, elektron qaimələrin və digər sənədlərin hazırlanması,

  • Bank və kassa əməliyyatlarının uçotunun aparılması,

  • Debitor və kreditor borclarının izlənilməsi,

  • Elektron qaimə-fakturaların və hesab-fakturaların hazırlanması, göndərilməsi, yoxlanılması və proqram təminatına işlənilməsi,

  • Əməkhaqqı hesablamalarının aparılmasına dəstək göstərilməsi,

  • Mühasibat sənədlərinin düzgün şəkildə arxivləşdirilməsi,

  • Rəhbərliyə maliyyə hesabatlarının təqdim edilməsi,

  • Anbara daxil olan və anbardan çıxan malların proqram təminatına vaxtında və düzgün daxil edilməsi,

  • Malların qəbulu, transferi və silinməsi əməliyyatlarının proqram təminatında qeydiyyata alınması,

  • Anbar qalıqlarına nəzarət edilməsi və inventarizasiya prosesində iştirak,

  • Təchizatçılardan daxil olan sənədlərin — qaimələrin, hesab-fakturaların və digər sənədlərin yoxlanılması və sistemə işlənilməsi,

  • Mühasibat və anbar məlumatları arasında uyğunluğun təmin edilməsi,

  • Rəhbərlik tərəfindən verilən digər maliyyə və uçotla bağlı tapşırıqların icrası.

Tələblər:

  • 25–30 yaş aralığında olan namizədlərə üstünlük veriləcək,

  • Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi,

  • MS Excel və Word proqramlarını yaxşı səviyyədə bilmək,

  • Diqqətli, məsuliyyətli və analitik düşüncə qabiliyyətinə malik olmaq,

  • Sürücülük vəsiqəsi,

  • Hərbi mükəlləfiyyətin olmaması,

  • Komandada işləmək və vaxtı səmərəli idarə etmək bacarığı. 

Maaş: namizədin bilik və təcrübəsinə əsasən təyin olunacaq.

CV-nizi email-in mövzu hissəsində “Mühasib” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
T Turquoise
Turquoise

Similar jobs

See all