Mühasib
Posted 1 d ago Source ↗
Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
VANTEXİS MMC tikinti və memarlıq materiallarının xarici ölkələrdən birbaşa idxalını həyata keçirən, bazara yeni daxil olmuş dinamik və inkişaf etməkdə olan şirkətdir. Komandamıza maliyyə-mühasibat proseslərini yüksək səviyyədə idarə edəcək peşəkar və məsuliyyətli Mühasib axtarırıq.
Öhdəliklər:
- Şirkətin mühasibat uçotunun aparılması, vergi və statistika hesabatlarının hazırlanıb təqdim olunması.
- İdxal əməliyyatlarının uçotu (gömrük bəyannamələri, xarici valyuta köçürmələri, invoyslar).
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər kadr sənədləşmələrinin rəsmiləşdirilməsi.
- Bank hesabları, debitor və kreditor borclarının mütəmadi olaraq izlənilməsi.
- Rəhbərliyə maliyyə hesabatlarının və analitik məlumatların təqdim edilməsi.
Namizədə tələblər:
- Mühasibatlıq sahəsində ali təhsil.
- Vergi Məcəlləsi və mühasibatlıq standartları üzrə dərin biliklər.
- İdxal-ixrac əməliyyatları və gömrük sənədləşmələri sahəsində təcrübə (üstünlükdür).
- MS Excel və mühasibat proqramları (1C və s.) ilə yüksək səviyyədə işləmə bacarığı.
- Məsuliyyətli, ciddi və detallara qarşı diqqətli yanaşma.
Biz nə təklif edirik:
- Ofis: Ağ Şəhər ofis binası.
- Rəsmi əmək müqaviləsi.
- Yeni şirkətdə karyera və peşəkar inkişaf perspektivi.
- Gənc və enerjili komandada iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu hissəsində "Mühasib" qeyd etməlidirlər.
V
Vantexis