Mühasib
About this role
Azera Holding-dən vakansiya: Mühasib tələb olunur
Vəzifə öhdəlikləri:
– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Müəssisənin Maliyyə/mühasibat və vergi uçotunun aparılması,qurulması
– Kassa,bank əməliyyatlarının həyata keçirilməsi,düzgünlüyünün yoxlanılması
– Qaimə və vergi hesab fakturaların yazılması
– Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Debitor və kreditor hesablaşmaların aparılması və nəzarət edilməsi
– Əmək haqqı hesablanmasını etməsi,ə/h-na nəzarət və düzgün hesablanmasının kontrol edilməsi
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, balansdan silinməsi, köhnəlməsinin hesablanması
– Mal-materialların uçotunun aparılması,nəzarət edilməsi
– İxrac və idxal əməliyyatlarının uçotunun aparılması,dəyərinin hesablanması
– Gündəlik və aylıq,illik hesabatlarınin tərtib edilməsi,düzgünlüyünün yoxlanılması
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
– Aylıq, rüblük və illik vergi, Statistika və DSMF hesabatlarının hazırlanması və aidiyyəti üzrə orqanlara təqdim edilməsi
– Aylıq olaraq satış və alış qaimələrinin sistem ilə düzgünlüyünün yoxlanılması və ona nəzarət edilməsi
Namizədlərə tələblər:
– Təhsil: Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil;
– İş təcrübəsi: Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
– Azərbaycan dili səlis, rus dili arzuolunandır.
– Kompyuter proqramlarının biliyi: MS Office (xüsusilə Excel), 1C, ERP sistemləri, e-taxes.gov.az, e-gov.az, e-sosial.az və digər elektron dövlət portalları ilə işləmək bacarığı
– Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə biliklər;
– 1C sistemləri və MS Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
– Dövlət qurumlarında və ya dövlət iştiraklı müəssisələrdə iş təcrübəsi arzuolunandır;
– Analitik düşüncə və problem həll etmə bacarığı;
– Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Hövsan ŞTQ, Yeni Bahar qəsəbəsi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 1000 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasib” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil