CO
Company

Mühəndis-mexanik

Posted 20 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Apply
Category
Engineering

About this role

Vəzifə öhdəlikləri

  • Müəssisədə istismar olunan mexaniki avadanlıqların fasiləsiz, etibarlı və təhlükəsiz fəaliyyətini təmin etmək;
  • Avadanlıqlara mütəmadi baxış keçirmək, nasazlıqları müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər görmək;
  • Profilaktik, cari və əsaslı təmir işlərinin planlaşdırılmasını və icrasını təşkil etmək;
  • Avadanlıqların sökülməsi, quraşdırılması, ehtiyat hissələrinin dəyişdirilməsi və sazlanması proseslərində iştirak etmək;
  • Təmir və texniki xidmət işləri üzrə podratçı təşkilatlarla koordinasiyanı həyata keçirmək;
  • Ehtiyat hissələri, materiallar və təmir ehtiyacları üzrə sifarişlərin hazırlanmasında iştirak etmək;
  • Avadanlıqların texniki vəziyyətini təhlil etmək, onların istismar müddətinin artırılması və səmərəliliyinin yüksəldilməsi üzrə təkliflər vermək;
  • Yeni avadanlıqların quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi proseslərində iştirak etmək;
  • Təmir işlərinin əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblərə uyğun aparılmasına nəzarət etmək;
  • Texniki sənədlərin, təmir jurnallarının və hesabatların hazırlanmasını və aparılmasını təmin etmək;
  • Təmir və texniki xidmət işlərini həyata keçirən işçilərin fəaliyyətini əlaqələndirmək və nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər

  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Texniki və ya mühəndis təhsili;
  • Çertyoj və sxemlərin oxuma bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Nasoslar, reduktorlar, konveyerlər, fanlar, hidravlik, pnevmatik sistemlər və digər avadanlıqlar üzrə biliklər;
  • Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
  • Məsuliyyətli, intizamlı, təşəbbüskar və komanda ilə işləmək bacarığı.

İş şərtləri

  • Əmək haqqı namizədin təcrübə və peşə bacarıqlarına uyğun olaraq razılaşma əsasında müəyyən edilir. 
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi. 
  • Həftəlik 40 saatlıq iş qrafiki ilə 6 günlük iş rejimi. 
  • İş yeri: Qaradağ rayonu, Şonqar qəsəbəsi yaxınlığında yerləşən istehsalat sahəsi. 
  • Nahar və servis xidməti şirkət tərəfindən təmin edilir. 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Mövzu hissəsində: Mühəndis-mexanik qeyd olunmalıdır.

Similar jobs

: