CO
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Инжиниринг
О должности
Vəzifə öhdəlikləri
- Müəssisədə istismar olunan mexaniki avadanlıqların fasiləsiz, etibarlı və təhlükəsiz fəaliyyətini təmin etmək;
- Avadanlıqlara mütəmadi baxış keçirmək, nasazlıqları müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər görmək;
- Profilaktik, cari və əsaslı təmir işlərinin planlaşdırılmasını və icrasını təşkil etmək;
- Avadanlıqların sökülməsi, quraşdırılması, ehtiyat hissələrinin dəyişdirilməsi və sazlanması proseslərində iştirak etmək;
- Təmir və texniki xidmət işləri üzrə podratçı təşkilatlarla koordinasiyanı həyata keçirmək;
- Ehtiyat hissələri, materiallar və təmir ehtiyacları üzrə sifarişlərin hazırlanmasında iştirak etmək;
- Avadanlıqların texniki vəziyyətini təhlil etmək, onların istismar müddətinin artırılması və səmərəliliyinin yüksəldilməsi üzrə təkliflər vermək;
- Yeni avadanlıqların quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi proseslərində iştirak etmək;
- Təmir işlərinin əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblərə uyğun aparılmasına nəzarət etmək;
- Texniki sənədlərin, təmir jurnallarının və hesabatların hazırlanmasını və aparılmasını təmin etmək;
- Təmir və texniki xidmət işlərini həyata keçirən işçilərin fəaliyyətini əlaqələndirmək və nəzarət etmək;
- Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Texniki və ya mühəndis təhsili;
- Çertyoj və sxemlərin oxuma bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Nasoslar, reduktorlar, konveyerlər, fanlar, hidravlik, pnevmatik sistemlər və digər avadanlıqlar üzrə biliklər;
- Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
- Məsuliyyətli, intizamlı, təşəbbüskar və komanda ilə işləmək bacarığı.
İş şərtləri
- Əmək haqqı namizədin təcrübə və peşə bacarıqlarına uyğun olaraq razılaşma əsasında müəyyən edilir.
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi.
- Həftəlik 40 saatlıq iş qrafiki ilə 6 günlük iş rejimi.
- İş yeri: Qaradağ rayonu, Şonqar qəsəbəsi yaxınlığında yerləşən istehsalat sahəsi.
- Nahar və servis xidməti şirkət tərəfindən təmin edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Mövzu hissəsində: “Mühəndis-mexanik” qeyd olunmalıdır.