"Azərbaycan Hava Yolları" QSC Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi/ Uçuşdaxili xidmət keyfiyyəti üzrə mütəxəssisi
Work mode Full-time Category Logistics
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Hər uçuşdan əvvəl yüklənmiş qida məhsullarının və avadanlıqların yoxlanılmasını həyata keçirmək, onların hər uçuş üzrə tələb olunan sərnişin sayına uyğunluğunu, həmçinin menyu spesifikasiyalarına, qida və qeyri-ərzaq standartlarına, avadanlıq tələblərinə və mətbəx yükləmə planlarına uyğunluğunu təmin etmək;
- Anbarda saxlanılan inventar və avadanlıqların idarə edilməsini həyata keçirmək;
- Hər uçuşun sonunda AZAL-a məxsus avadanlıqların və quru anbar ehtiyatlarının inventarizasiyasını aparmaq;
- AZAL-ın ehtiyatları üzrə GYD-yə və xarici stansiyalara aylıq inventar hesabatlarını hazırlamaq və təqdim etmək;
- Müxtəlif tip təyyarələr və salon sinifləri üzrə mətbəx yükləmə planlarının təkmilləşdirilməsi məqsədilə logistika ilə bağlı rəy və təkliflər vermək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə (xidmət keyfiyyəti) üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – B1, Rus dili – arzuolunandır;
- Kompüter bilikləri: MS Word, MS Excel, MS PowerPoint;
- Effektiv yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Danışıqların aparılması bacarığı;
- Təqdimat bacarığı;
- Öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada işləmək bacarığı.
AHY 

"Azərbaycan Hava Yolları" QSC
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət…