Müştəri xidmətləri üzrə menecer
About this role
Soulmind komandası böyüyür!
Soulmind Psixologiya və İnkişaf Mərkəzi komandamıza Müştəri xidmətləri üzrə menecer axtarırıq!
Əgər siz insanlarla ünsiyyət qurmağı sevir, empati ilə yanaşır, təşkilatçılıq bacarığınıza güvənir və inkişaf yönümlü mühitdə çalışmağa hazırsınızsa, sizi komandamızda görmək istərdik.
Biz nə təklif edirik:
İnkişaf və öyrənmə imkanları olan peşəkar iş mühiti
Dəstəkləyici və mehriban komanda atmosferi
Psixologiya və şəxsi inkişaf sahəsində dəyərli iş təcrübəsi
Peşəkar bacarıqlarınızı inkişaf etdirmək və karyera imkanları qazanmaq şansı
İnsanların həyatına müsbət təsir edən bir missiyanın parçası olmaq imkanı
İş qrafiki:
Bazar ertəsi – Cümə: 10:00 dan–19:00 dək
Şənbə: 10:00 dan–15:00 dək
Əmək haqqı: 200–500 AZN (+ bonus sistemi)
Ünvan: Nərimanov rayonu, Xətai prospekti 15, Şərq bazarı
Əgər siz də insanlarla işləməyi sevən, məsuliyyətli və inkişaf yönümlü birisinizsə, sizi Soulmind komandasına qoşulmağa dəvət edirik.
Maraqlanan namizədlər cv-lərini [email protected] elektron poçt ünvanına və ya 070 404 86 06/404 88 06 nömrələrinə göndərə bilərlər.
Soulmind ailəsinə qoşulun və cəmiyyətin inkişafına dəyər qatan komandanın bir hissəsi olun!
Öhdəliklər
Müştəri xidmətləri prosesinin idarə olunması və təkmilləşdirilməsi
Müştərilərdən daxil olan müraciətlərin operativ və peşəkar şəkildə cavablandırılması
Telefon, sosial media və onlayn platformalar üzərindən ünsiyyətin idarə edilməsi
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun xidmətlərə yönləndirilməsi
Konsultasiya və görüşlərin planlaşdırılması, koordinasiyası
Müştəri məmnuniyyətinin artırılması və yüksək xidmət standartlarının qorunması
Müştəri bazası ilə əlaqələrin düzgün idarə olunması
Hesabatların hazırlanması və xidmət keyfiyyətinin təhlili
Tələblər
Güclü ünsiyyət və təqdimat bacarığı
Empati qurmaq və müştəri yönümlü yanaşma
Təşkilatçılıq və idarəetmə bacarığı
Məsuliyyətli, diqqətli və nəticə yönümlü çalışma
Komanda ilə effektiv işləmək bacarığı
Problemləri həll etmə və qərarvermə qabiliyyəti
Öyrənməyə və peşəkar inkişaf etməyə maraq