Decoliv Nağd əməliyyatlar və əməliyyat kassası üzrə mütəxəssis (mühasib)
Posted 18 h ago Source ↗
Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Əsas vəzifələr:
- Nağd pul vəsaitlərinin qəbulunu, təhvilini və uçotunu həyata keçirmək;
- Kassa əməliyyatlarını daxili prosedur və qaydalara uyğun icra etmək;
- Kassa sənədlərinin düzgün hazırlanmasını və arxivləşdirilməsini təmin etmək;
- Günlük kassa qalığını yoxlamaq və uzlaşdırmaq;
- Bank əməliyyatlarının icrasında iştirak etmək və müvafiq sənədləşməni aparmaq;
- Nağd pul hərəkətinə dair hesabatları hazırlamaq;
- Müvafiq struktur bölmələri ilə koordinasiyalı işləmək;
- Daxili audit və maliyyə nəzarəti proseslərində tələb olunan məlumatları təqdim etmək.
Tələblər:
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- Beynəlxalq sertifikatların olması üstünlükdür;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- Logo tiger proqramında işləmək təcrübəsi üstünlükdür;
- Riyazi hesablama və analitik düşünmə bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və yüksək dəqiqlik;
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.
Biz təklif edirik:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Korporativ təlimlərdə iştirak imkanı;
- Dinamik və peşəkar iş mühiti;
- Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiya sistemi.
CV-nizi mövzu hissəsində "Nağd əməliyyatlar və əməliyyat kassası üzrə mütəxəssis(mühasib)" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Decoliv
Topdansatış və pərakəndə ticarət
Decoliv – müştərilərə zövqlü interyer və dekorativ əşyalar , mətbəx və ev aksesuarları , həmçinin sezon və hədiyyəlik məhsullar təqdim edən yerli retail konseptidir. Şirkət Veysəloğlu Şirkətlər Qrupu…