Tamstore Marketlər ŞəbəkəsiTamstore Marketlər Şəbəkəsi

Xəzinə əməliyyatları üzrə mühasib

Posted 2 d ago Source: azvak.az ↗
Finance
Monthly salary
Salary negotiable
Application deadline
26 iyul 2026

About this role

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin bank hesabları üzrə gündəlik ödəniş əməliyyatlarının vaxtında və düzgün icra edilməsi;

  • Yerli və xarici köçürmələrin hazırlanması və həyata keçirilməsi;

  • Bank çıxarışlarının gündəlik yoxlanılması və mühasibat proqramında düzgün əks etdirilməsi;

  • Bank hesabları üzrə qalıqların və dövriyyələrin gündəlik nəzarətdə saxlanılması;

  • E-gov.az, E-taxes.gov.az və digər elektron dövlət portallarında əməliyyatların icra edilməsi;

  • Banklarla yazışmaların aparılması, hesablar və bank məhsulları ilə bağlı məsələlərin koordinasiyası;

  • Maliyyə sənədlərinin qanunvericiliyin və daxili prosedurların tələblərinə uyğun şəkildə arxivləşdirilməsi və saxlanılmasının təmin edilməsi;

  • Rəhbərlik tərəfindən verilən tapşırıqların müəyyən edilmiş müddətlərdə və yüksək keyfiyyətlə yerinə yetirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);

  • Mühasibat uçotu proqramları ilə işləmək bacarığı;

  • Analitik düşünmə və detallara diqqətlilik;

  • Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;

  • Bank əməliyyatları və ya mühasibatlıq sahəsində minimum 6 ay iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 09:00-18:00;

  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;

  • Peşəkar komanda mühiti;

  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Xəzinə əməliyyatları üzrə mühasib”yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tamstore Marketlər Şəbəkəsi
Tamstore Marketlər Şəbəkəsi

Similar jobs

See all