Tamstore Marketlər Şəbəkəsi Xəzinə əməliyyatları üzrə mühasib
О должности
Əsas vəzifə öhdəlikləri:
Şirkətin bank hesabları üzrə gündəlik ödəniş əməliyyatlarının vaxtında və düzgün icra edilməsi;
Yerli və xarici köçürmələrin hazırlanması və həyata keçirilməsi;
Bank çıxarışlarının gündəlik yoxlanılması və mühasibat proqramında düzgün əks etdirilməsi;
Bank hesabları üzrə qalıqların və dövriyyələrin gündəlik nəzarətdə saxlanılması;
E-gov.az, E-taxes.gov.az və digər elektron dövlət portallarında əməliyyatların icra edilməsi;
Banklarla yazışmaların aparılması, hesablar və bank məhsulları ilə bağlı məsələlərin koordinasiyası;
Maliyyə sənədlərinin qanunvericiliyin və daxili prosedurların tələblərinə uyğun şəkildə arxivləşdirilməsi və saxlanılmasının təmin edilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların müəyyən edilmiş müddətlərdə və yüksək keyfiyyətlə yerinə yetirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
Mühasibat uçotu proqramları ilə işləmək bacarığı;
Analitik düşünmə və detallara diqqətlilik;
Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
Bank əməliyyatları və ya mühasibatlıq sahəsində minimum 6 ay iş təcrübəsi.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xəzinə əməliyyatları üzrə mühasib”yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
