Decoliv mağazalar şəbəkəsi Nağd əməliyyatlar və əməliyyat kassası üzrə mütəxəssis (mühasib)
About this role
Decoliv mağazalar şəbəkəsindən vakansiya: Mühasib tələb olunur
Vəzifə öhdəlikləri:
– Nağd pul vəsaitlərinin qəbulunu, təhvilini və uçotunu həyata keçirmək;
– Kassa əməliyyatlarını daxili prosedur və qaydalara uyğun icra etmək;
– Kassa sənədlərinin düzgün hazırlanmasını və arxivləşdirilməsini təmin etmək;
– Günlük kassa qalığını yoxlamaq və uzlaşdırmaq;
– Bank əməliyyatlarının icrasında iştirak etmək və müvafiq sənədləşməni aparmaq;
– Nağd pul hərəkətinə dair hesabatları hazırlamaq;
– Müvafiq struktur bölmələri ilə koordinasiyalı işləmək;
– Daxili audit və maliyyə nəzarəti proseslərində tələb olunan məlumatları təqdim etmək.
Namizədlərə tələblər:
– Təhsil: Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər uyğun ixtisas üzrə ali təhsil;
– İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
– Beynəlxalq sertifikatların olması üstünlükdür;
– MS Office proqramlarında, xüsusilə
– Excel-də işləmək bacarığı;
– Logo tiger proqramında işləmək təcrübəsi üstünlükdür;
– Riyazi hesablama və analitik düşünmə bacarığı;
– Diqqətlilik, məsuliyyətlilik və yüksək dəqiqlik;
– Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 800-1000 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasib” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
