Milli Kibertəhlükəsizlik Agentliyi Normativ hüquqi akt layihələri üzrə baş\aparıcı hüquqşunas
Posted 15 h ago Source ↗
Category Legal
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri:
- Kibertəhlükəsizlik sahəsində normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək;
- Qanunvericilik və digər normativ hüquqi akt layihələrini təhlil etmək, hüquqi ekspertiza aparmaq və müvafiq təkliflər hazırlamaq;
- Normativ hüquqi akt layihələrinin mövcud qanunvericiliyə uyğunluğunu qiymətləndirmək;
- Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəni araşdırmaq və təkliflər hazırlamaq;
- Aidiyyəti dövlət qurumları və digər təşkilatlarla normativ hüquqi akt layihələri üzrə koordinasiya və əməkdaşlığı həyata keçirmək;
- Hüquqi və normativ sənədlərin hazırlanması, razılaşdırılması və təkmilləşdirilməsi proseslərində iştirak etmək;
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- "Normativ hüquqi aktlar" haqqında Konstitusiya Qanunu, müvafiq Əsasnamələr üzrə yüksək səviyyədə bilik və təcrübə;
- Sənədlərlə işləmək və hüquqi mətnləri yüksək səviyyədə hazırlamaq bacarığı;
- Elektron sənəd dövriyyəsi proqramları ilə təcrübə;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan və ingilis dilləri biliyi mütləqdir.
- İş təcrübəsinin dövlət orqanlarında və qurumlarında, xüsusilə tənzimləyici qurumlarda olması üstünlükdür.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5 gün).
- İş saatları: 09:00-18:00.
- İş yeri: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
MKA 

Milli Kibertəhlükəsizlik Agentliyi