A
Monthly salary
Salary negotiable
- Work mode
- Full-time
- Category
- IT
About this role
Təsvir
- Ödəniş məhsulları və xidmətləri üzrə strategiyanın hazırlanmasını və icrasını təmin etmək;
- Yeni ödəniş məhsulları və xidmətlərinin yaradılması, inkişafı və bazara çıxarılması üzrə layihələri idarə etmək;
- Kart emissiyası və ekvayrinq məhsullarının inkişafını, optimallaşdırılmasını və idarə olunmasını təmin etmək;
- SmartPay ödəniş platformasının inkişafı, funksionallığının artırılması və məhsul portfelinin genişləndirilməsini təşkil etmək;
- ATM, POS, ödəniş terminalları, QR ödənişləri və e-commerce üzrə ödəniş xidmətlərinin inkişafını və fasiləsiz fəaliyyətini təmin etmək;
- Mobil və internet bankçılıq kanalları üzrə rəqəmsal ödəniş həllərinin inkişafını koordinasiya etmək;
- Açıq bankçılıq (Open Banking), API əsaslı xidmətlər və digər innovativ ödəniş həllərinin tətbiqini və inkişafını təmin etmək;
- Məhsullar üzrə biznes tələblərinin müəyyənləşdirilməsini və texniki tapşırıqların hazırlanmasını təşkil etmək;
- Prosessinq mərkəzləri, ödəniş sistemləri, xidmət təchizatçıları və digər tərəfdaşlarla əməkdaşlığı və əlaqələndirməni həyata keçirmək;
- Məhsullar üzrə tariflərin, limitlərin, xidmət şərtlərinin və digər kommersiya parametrlərinin formalaşdırılmasını təmin etmək;
- Məhsullarla bağlı prosedurların, qaydaların və digər normativ sənədlərin hazırlanmasını və yenilənməsini təşkil etmək;
- Məhsulların həyat dövrünü idarə etmək, performans göstəricilərini izləmək və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsini təmin etmək;
- Bazar tendensiyalarını, rəqiblərin fəaliyyətini və müştəri ehtiyaclarını təhlil edərək yeni inkişaf imkanlarını müəyyənləşdirmək;
- Aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq çərçivəsində məhsulların tətbiqini, inkişafını və dəstəyini koordinasiya etmək;
- Şöbənin fəaliyyətini planlaşdırmaq, əməkdaşların işini təşkil etmək, fəaliyyət nəticələrini qiymətləndirmək və peşəkar inkişaflarını dəstəkləmək;
- Şöbənin fəaliyyəti üzrə müvafiq hesabatların hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək.
Tələblər
Təhsil
- Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi, İnformasiya texnologiyaları və ya digər əlaqəli sahələr üzrə ali təhsil.
İş təcrübəsi
- Bank, ödəniş xidmətləri və ya fintech sektorunda minimum 5 il iş təcrübəsi;
- Ödəniş məhsulları, kart biznesi və ya rəqəmsal bankçılıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Minimum 2 il rəhbər vəzifədə və ya komanda idarəetməsi sahəsində iş təcrübəsi.
Peşəkar bilik və bacarıqlar
- Bank və ödəniş xidmətləri sahəsini tənzimləyən qanunvericilik üzrə biliklər;
- Kart emissiyası və merchant acquiring məhsulları üzrə bilik və təcrübə;
- Visa və Mastercard məhsulları və xidmətləri üzrə biliklər;
- Mobil və internet bankçılıq məhsullarının inkişafı və idarə olunması üzrə təcrübə;
- Açıq bankçılıq (Open Banking) və API əsaslı xidmətlər üzrə biliklər;
- AZQR və digər rəqəmsal ödəniş həlləri üzrə biliklər;
- Məhsul idarəetməsi prinsipləri və məhsulun həyat dövrünün idarə olunması üzrə biliklər;
- Layihələrin idarə olunması və biznes analiz üzrə biliklər;
- Prosessinq mərkəzləri, ödəniş sistemləri və xidmət təchizatçıları ilə iş təcrübəsi;
- Biznes tələblərinin hazırlanması və texniki komandalarla işləmək bacarığı.
Dil bilikləri
- Azərbaycan dili – sərbəst;
- İngilis dili – yaxşı səviyyədə;
- Rus dili biliyi üstünlük hesab olunur.
Kompüter bilikləri
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Jira və ya digər layihə idarəetmə alətləri ilə işləmək bacarığı üstünlük hesab olunur;
- Power BI və SQL üzrə biliklər üstünlük hesab olunur.
Şəxsi keyfiyyətlər
- Analitik və strateji düşüncə qabiliyyəti;
- Liderlik və komanda idarəetmə bacarıqları;
- Qərarvermə və problem həll etmə bacarıqları;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Nəticəyönümlülük və təşəbbüskarlıq;
- Dəyişikliklərin idarə olunması və innovativ yanaşma bacarığı;
- Maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmaq bacarığı.
Üstünlük hesab ediləcək
- Agile, Scrum, PMP, PRINCE2 və ya məhsul idarəetməsi üzrə beynəlxalq sertifikatların olması;
- Fintech və rəqəmsal ödəniş layihələrinin idarə olunması təcrübəsi;
- Beynəlxalq ödəniş sistemləri ilə bağlı layihələrdə iştirak təcrübəsi.