NB Norm Beton LLCNorm Beton LLC

Ofis işləri və Hesabatlar üzrə Köməkçi

Posted 15 h ago Source
HR
Monthly salary
Salary negotiable
Application deadline
31 iyul 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Hazırda şirkətimizə Ofis işləri və Hesabatlar üzrə Köməkçi vakansiyası üzrə namizəd axtarılır.

İş yeri: Balaxanıda yerləşən Beton zavodu

Tələblər:

  • Tam ali təhsil; 
  • Əlaqəli sahə üzrə ən azı 0-1 il iş təcrübəsi;
  • Müştəriyönümlülük;
  • Davamlı inkişaf;
  • Keyfiyyət yönümlülük,
  • Bütövlük,
  • İngilis dili,
  • MS Office komputer proqramı üzrə bacarıqlar.

Vəzifə və Öhdəliklər:

  • Şirkətə gələn ziyarətçi və qonaqları salamlayır, onlara yardım edir və yönləndirir;
  • Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul edir, yönləndirir, tələb olunduqda qeydlər aparır və aidiyyati şəxslərə çatdırır;
  • Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi, saxlanılması və əlaqəli şöbələrə yönləndirilməsi;
  • Şirkət tərəfindən bağlandığı müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə  ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi;
  • Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi;
  • Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi;
  • Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması;
  • Jurnalda müvafiq qeydlərin aparılması;
  • Sənədlərin, daxili və kənar qurumlar, şöbələr və şəxslərlə yazışmalar və məlumat mübadiləsinin nəzərədən keçirilməsi və qeydiyyatı;
  • Şirkət rəhbərliyi, qonaqlar və digər rəsmi şəxslərlə olan görüşlərdə iclasların təşkili, müvafiq qida (su, çay, yemək və s.) təminatının təşkil edilməsi;
  • APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin istifadəsi;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

NB Norm Beton LLC
Norm Beton LLC

Similar jobs

See all
Apply