Al Siraat MMCAl Siraat MMC

Tikinti işləri üzrə supervayzer/Koordinator

Bakı Posted 16 h ago Source
Full-time 3–5 years Engineering
Monthly salary
₼500 – 900
Application deadline
27 noyabr 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş barədə məlumat:

Vakansiya: Tikinti Supervisoru (Construction Supervisor)

**İş yeri:** Bakı
**İş qrafiki:** Tam iş günü
**Əmək haqqı:** Müsahibə əsasında müəyyən ediləcək.

Vəzifə öhdəlikləri:

*Gərəkli Olan Usta/Komanda Üzvlərinin Toplanması İşlərinə Dəstək Göstərilməsi;
*İşlərin Sürətlə İcra Olunmasına Nəzarət;
* Tikinti sahəsində bütün iş proseslərinə gündəlik nəzarət etmək.
* İşçilərin və ustaların fəaliyyətini koordinasiya etmək və idarə etmək.
* Tikinti işlərinin layihəyə və qrafikə uyğun icra olunmasını təmin etmək.
* Materialların istifadəsinə nəzarət etmək, israfın qarşısını almaq və gündəlik material hesabatlarını hazırlamaq.
* Tikinti materiallarını bazar qiymətlərinə uyğun, daha sərfəli qiymətlərlə təchiz etmək üçün alternativ mənbələr araşdırmaq.
* Podratçılar və ustalarla yaranan problemləri operativ şəkildə həll etmək.
* Ehtiyac yarandıqda əlavə işçi qüvvəsini təşkil etmək və iş bölgüsünü düzgün planlaşdırmaq.
* Tikinti sahəsində keyfiyyət və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.
* Görülən işlər barədə rəhbərliyə mütəmadi yazılı və foto/video hesabat təqdim etmək.
* Layihənin vaxtında və büdcə çərçivəsində tamamlanmasına nəzarət etmək.
* Məsələn işçilərin gündəlik olaraq tikinti və təmir işlərinin icrasını həyata keçirməsindən əmin olmaq

Tələblər:

Təhsil : Natamam ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 27 - 45
Cins : Kişi
Namizədə tələblər:

* Məsuliyyətlilik.
* İşlərin İcrasında Şəffaflıq Və Şirkət Yönümlü Olmaq;
* *İşçilərin gündəlik olaraq tikinti və təmir işlərinin icrasını həyata keçirməsindən əmin olmaq*;
* Operativlik;
* Stress altında işləmə bacarığı;
* İşlərin şəffaf bir şəkildə izlənməsini təmin etmək və rəhbərliyə günlük hesabatların təqdim olunması;
* İngilis dil biliyi olması üstünlükdür
* Tikinti sahəsində minimum 3 il iş təcrübəsi.
* Tikinti proseslərini və materialları haqqında geniş məlumata malik olması.
* Usta və işçi heyətini idarə etmək bacarığı.
* Tikinti materialları bazarı və təchizatçılar haqqında məlumatlı olması.
* Problemləri Operativ həll etmə və qərarvermə bacarığı.
* Məsuliyyətli, intizamlı və nəticəyönümlü olması.

Maraqlanan namizədlər CV-lərini göndərə və ya əlaqə nömrəsi vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər.
Al Siraat MMC
Al Siraat MMC

Similar jobs

See all
Apply