Green Perimeter MMC Ofis Meneceri / Kargüzar
About this role
Vəzifə öhdəlikləri:
Müəyyən edilmiş şablonlar əsasında müqavilələrin hazırlanması və rəsmiləşdirilməsi;
Təhvil-təslim aktlarının tərtib edilməsi;
Akt, qaimə və hesab-fakturaların hazırlanması;
Sənədlərin kuryer vasitəsilə göndərilməsi və qəbulunun təşkili;
Daxil olan və göndərilən sənədlərin qeydiyyatının aparılması;
Ofis üçün zəruri dəftərxana və təsərrüfat mallarının sifariş edilməsi;
Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün icra olunması;
Sənəd dövriyyəsinin və ofis işlərinin koordinasiyası.
Tələblər:
Ali və ya orta ixtisas təhsili;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
Rus və ya ingilis dillərindən ən azı birini yaxşı səviyyədə bilmək (mütləqdir);
MS Office proqramlarında (Word, Excel, Outlook) işləmək bacarığı;
Kargüzarlıq və sənədlərlə işləmə sahəsində təcrübə üstünlükdür;
Məsuliyyətlilik, diqqətlilik və operativlik;
Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı.
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Əmək haqqı: 600 AZN;
Peşəkar inkişaf və karyera imkanları.
Qeyd: Vakansiya üzrə xanım namizədlərin müraciət etmələri xahiş olunur.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində "Ofis Meneceri / Kargüzar" qeyd olunması xahiş olunur.
