Green Perimeter MMCGreen Perimeter MMC

Ofis Meneceri / Kargüzar

3 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
2 iyul 2026

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Müəyyən edilmiş şablonlar əsasında müqavilələrin hazırlanması və rəsmiləşdirilməsi;

  • Təhvil-təslim aktlarının tərtib edilməsi;

  • Akt, qaimə və hesab-fakturaların hazırlanması;

  • Sənədlərin kuryer vasitəsilə göndərilməsi və qəbulunun təşkili;

  • Daxil olan və göndərilən sənədlərin qeydiyyatının aparılması;

  • Ofis üçün zəruri dəftərxana və təsərrüfat mallarının sifariş edilməsi;

  • Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün icra olunması;

  • Sənəd dövriyyəsinin və ofis işlərinin koordinasiyası.

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili;

  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;

  • Rus və ya ingilis dillərindən ən azı birini yaxşı səviyyədə bilmək (mütləqdir);

  • MS Office proqramlarında (Word, Excel, Outlook) işləmək bacarığı;

  • Kargüzarlıq və sənədlərlə işləmə sahəsində təcrübə üstünlükdür;

  • Məsuliyyətlilik, diqqətlilik və operativlik;

  • Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı.

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;

  • Əmək haqqı: 600 AZN;

  • Peşəkar inkişaf və karyera imkanları.

Qeyd: Vakansiya üzrə xanım namizədlərin müraciət etmələri xahiş olunur.

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində "Ofis Meneceri / Kargüzar" qeyd olunması xahiş olunur.

Green Perimeter MMC
Green Perimeter MMC

Oxşar vakansiyalar

Hamısına bax