Planlaşdırma üzrə böyük mütəxəssis
Work mode Full-time Experience 5+ years Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- İllik və çoxillik texniki (Long-Term / Mid-Term) texniki xidmət planlarını hazırlamaq
- Preventive Maintenance (Profilaktik texniki qulluq) (PM) proqramlarının uzunmüddətli planlara inteqrasiyasını təmin etmək
- Avadanlıqlar üzrə yük, resurs və dayanıqlıq analizləri aparmaq
- Kritik avadanlıqlar üçün risk əsaslı planlaşdırma (Risk-Based Planning) həyata keçirmək
- Şöbələrdən daxil olan material tələblərini texniki baxımdan yoxlamaq və uyğunluğunu təsdiqləmək
- SAP PM sistemində uzunmüddətli planlaşdırma ilə bağlı master data və plan strukturlarını dəstəkləmək
- Minimum / maksimum ehtiyat səviyyələrinin (Min-Max) müəyyən edilməsində iştirak etmək
- Uzunmüddətli planlar üzrə satınalma risklərini və gecikmələri qabaqcadan müəyyən etmək
- Plan-fakt analizləri aparmaq və nəticələri rəhbərliyə təqdim etmək
- Audit və yoxlamalar üçün planlaşdırma sənədlərini hazırlamaq
- Planlaşdırma və material təminatı proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək
- Texniki xidmət planlarında optimallaşdırma təşəbbüsü ilə çıxış etmək
- Stock səviyyələrinin dəyişdirilməsi ilə bağlı əsaslandırılmış rəy bildirmək
- Rəhbərliyə analitik hesabat və risk qiymətləndirmələri təqdim etmək
- SAP PM planlama strukturlarında dəyişikliklər üçün təkliflər vermək
- Uzunmüddətli planların düzgünlüyünə və icra üçün real olmasına nəzarət etmək
- Resurs və material ehtiyaclarının vaxtında və dəqiq müəyyən edilməsində yaxından iştirak etmək
- Planlaşdırma məlumatlarının SAP PM sistemində düzgün əks olunmasına töhfə vermək
- Satınalma proseslərinə ötürülən texniki məlumatların keyfiyyətinə görə məsuliyyət daşımaq
Xüsusi tələblər
- Mexanika mühəndisliyi, energetika mühəndisliyi, avtomatika və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür).
- Neft-qaz sektorunda və ya ağır sənaye sahəsində minimum 5 il iş təcrübəsi
- SAP PM və MM modulları üzrə praktiki bilik və təcrübə
- SAP PM üzrə sertifikatların olması mütləqdir
- Satınalma və material idarəetmə proseslərini anlama
- Uzunmüddətli planlaşdırma və resurs proqnozlaşdırma bacarığı
- Analitik düşüncə və hesabat hazırlama bacarığı
Müraciət üçün son tarix: 11.07.2026
Vakansiyaya maraq göstərən namizədlərdən CV-lərini “Planlaşdırma üzrə böyük mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciət etmək üçün: [email protected]
SOCAR Upstream MI LLC