SOCAR Upstream MI LLCSOCAR Upstream MI LLC

Planlaşdırma üzrə böyük mütəxəssis

Bakı Опубликовано 2 ч. назад Источник
Полная занятость Более 5 лет Инжиниринг
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiyanın təsviri

  • İllik və çoxillik texniki (Long-Term / Mid-Term) texniki xidmət planlarını hazırlamaq
  • Preventive Maintenance (Profilaktik texniki qulluq) (PM) proqramlarının uzunmüddətli planlara inteqrasiyasını təmin etmək
  • Avadanlıqlar üzrə yük, resurs və dayanıqlıq analizləri aparmaq
  • Kritik avadanlıqlar üçün risk əsaslı planlaşdırma (Risk-Based Planning) həyata keçirmək
  • Şöbələrdən daxil olan material tələblərini texniki baxımdan yoxlamaq və uyğunluğunu təsdiqləmək
  • SAP PM sistemində uzunmüddətli planlaşdırma ilə bağlı master data və plan strukturlarını dəstəkləmək
  • Minimum / maksimum ehtiyat səviyyələrinin (Min-Max) müəyyən edilməsində iştirak etmək
  • Uzunmüddətli planlar üzrə satınalma risklərini və gecikmələri qabaqcadan müəyyən etmək
  • Plan-fakt analizləri aparmaq və nəticələri rəhbərliyə təqdim etmək
  • Audit və yoxlamalar üçün planlaşdırma sənədlərini hazırlamaq
  • Planlaşdırma və material təminatı proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək
  • Texniki xidmət planlarında optimallaşdırma təşəbbüsü ilə çıxış etmək
  • Stock səviyyələrinin dəyişdirilməsi ilə bağlı əsaslandırılmış rəy bildirmək
  • Rəhbərliyə analitik hesabat və risk qiymətləndirmələri təqdim etmək
  • SAP PM planlama strukturlarında dəyişikliklər üçün təkliflər vermək
  • Uzunmüddətli planların düzgünlüyünə və icra üçün real olmasına nəzarət etmək
  • Resurs və material ehtiyaclarının vaxtında və dəqiq müəyyən edilməsində yaxından iştirak etmək
  • Planlaşdırma məlumatlarının SAP PM sistemində düzgün əks olunmasına töhfə vermək
  • Satınalma proseslərinə ötürülən texniki məlumatların keyfiyyətinə görə məsuliyyət daşımaq

Xüsusi tələblər

  • Mexanika mühəndisliyi, energetika mühəndisliyi, avtomatika və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür).
  • Neft-qaz sektorunda və ya ağır sənaye sahəsində minimum 5 il iş təcrübəsi
  • SAP PM və MM modulları üzrə praktiki bilik və təcrübə
  • SAP PM üzrə sertifikatların olması mütləqdir
  • Satınalma və material idarəetmə proseslərini anlama
  • Uzunmüddətli planlaşdırma və resurs proqnozlaşdırma bacarığı
  • Analitik düşüncə və hesabat hazırlama bacarığı

Müraciət üçün son tarix: 11.07.2026
Vakansiyaya maraq göstərən namizədlərdən CV-lərini “Planlaşdırma üzrə böyük mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət etmək üçün: [email protected]

Похожие вакансии

Смотреть все