Product Owner
Posted 20 h ago Source ↗
Category IT
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
İnkişaf etməkdə olan rəqəmsal məhsulumuzun böyüməsinə töhfə vermək və məhsulun inkişafında aktiv rol almaq istəyən təşəbbüskar Product Owner axtarırıq.
Əsas vəzifələr:
- Məhsul strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- İstifadəçi ehtiyaclarını və biznes tələblərini analiz edərək məhsul tələblərini formalaşdırmaq;
- Product Backlog-u idarə etmək, tapşırıqları prioritetləşdirmək və Product Roadmap-in hazırlanmasında iştirak etmək;
- User Story, Acceptance Criteria, proses axınları (Flow) və texniki tapşırıqlar hazırlamaq;
- Development komandası ilə sıx əməkdaşlıq edərək funksionallıqların düzgün icrasını təmin etmək;
- Məhsul metrikalarını izləmək, təhlil etmək və inkişaf imkanları üzrə təkliflər hazırlamaq;
- UX/UI prinsiplərini nəzərə alaraq istifadəçi təcrübəsinin təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək;
- Marketing, Customer Support, Operations və digər daxili komandalar, eləcə də vendorlarla effektiv əməkdaşlıq qurmaq;
- Məhsulun inkişaf prosesini koordinasiya etmək və layihələrin vaxtında icrasına dəstək vermək;
- Bazarı, rəqibləri və istifadəçi davranışlarını təhlil edərək məhsulun inkişafı üçün yeni imkanlar və təşəbbüslər irəli sürmək.
Tələblər:
- Məhsul idarəçiliyi, biznes analitikası və ya rəqəmsal məhsullar sahəsində 2–3 il iş təcrübəsi;
- Mobil tətbiq, marketplace, fintech, mobility və ya digər rəqəmsal məhsullarla iş təcrübəsi;
- İstifadəçi ehtiyaclarını analiz etmək, məhsul tələblərini formalaşdırmaq və texniki komandaya aydın şəkildə çatdırmaq bacarığı;
- Product Backlog-un idarə olunması, prioritetləndirmə və Product Roadmap üzrə iş təcrübəsi;
- User Story, Acceptance Criteria, Flow və texniki tapşırıqların hazırlanması üzrə bilik;
- Mobil tətbiqlərin UX/UI prinsipləri barədə anlayış;
- API inteqrasiyaları barədə ümumi anlayış;
- Məhsul metrikalarını təhlil etmək və data əsaslı qərarların qəbulunda iştirak etmək bacarığı;
- Güclü analitik düşüncə və effektiv kommunikasiya bacarığı;
- Dəyişən prioritetlərə çevik uyğunlaşmaq, təşəbbüskar olmaq və məsuliyyət götürmək bacarığı;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
- Məsuliyyətli, nəticəyönümlü və detallara diqqətli olmaq.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir;
- Peşəkar komandada işləmək və innovativ rəqəmsal məhsulun inkişafında iştirak etmək imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Product Owner" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
ABS 
Apar (Bike-Sharing Startup)