ABS Apar (Bike-Sharing Startup)Apar (Bike-Sharing Startup)

Product Owner

Опубликовано 20 ч. назад Источник
ИТ
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
16 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İnkişaf etməkdə olan rəqəmsal məhsulumuzun böyüməsinə töhfə vermək və məhsulun inkişafında aktiv rol almaq istəyən təşəbbüskar Product Owner axtarırıq.

Əsas vəzifələr:

  • Məhsul strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək; 
  • İstifadəçi ehtiyaclarını və biznes tələblərini analiz edərək məhsul tələblərini formalaşdırmaq; 
  • Product Backlog-u idarə etmək, tapşırıqları prioritetləşdirmək və Product Roadmap-in hazırlanmasında iştirak etmək; 
  • User Story, Acceptance Criteria, proses axınları (Flow) və texniki tapşırıqlar hazırlamaq; 
  • Development komandası ilə sıx əməkdaşlıq edərək funksionallıqların düzgün icrasını təmin etmək; 
  • Məhsul metrikalarını izləmək, təhlil etmək və inkişaf imkanları üzrə təkliflər hazırlamaq; 
  • UX/UI prinsiplərini nəzərə alaraq istifadəçi təcrübəsinin təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək; 
  • Marketing, Customer Support, Operations və digər daxili komandalar, eləcə də vendorlarla effektiv əməkdaşlıq qurmaq; 
  • Məhsulun inkişaf prosesini koordinasiya etmək və layihələrin vaxtında icrasına dəstək vermək; 
  • Bazarı, rəqibləri və istifadəçi davranışlarını təhlil edərək məhsulun inkişafı üçün yeni imkanlar və təşəbbüslər irəli sürmək. 

Tələblər:

  • Məhsul idarəçiliyi, biznes analitikası və ya rəqəmsal məhsullar sahəsində 2–3 il iş təcrübəsi; 
  • Mobil tətbiq, marketplace, fintech, mobility və ya digər rəqəmsal məhsullarla iş təcrübəsi; 
  • İstifadəçi ehtiyaclarını analiz etmək, məhsul tələblərini formalaşdırmaq və texniki komandaya aydın şəkildə çatdırmaq bacarığı; 
  • Product Backlog-un idarə olunması, prioritetləndirmə və Product Roadmap üzrə iş təcrübəsi; 
  • User Story, Acceptance Criteria, Flow və texniki tapşırıqların hazırlanması üzrə bilik; 
  • Mobil tətbiqlərin UX/UI prinsipləri barədə anlayış; 
  • API inteqrasiyaları barədə ümumi anlayış; 
  • Məhsul metrikalarını təhlil etmək və data əsaslı qərarların qəbulunda iştirak etmək bacarığı; 
  • Güclü analitik düşüncə və effektiv kommunikasiya bacarığı; 
  • Dəyişən prioritetlərə çevik uyğunlaşmaq, təşəbbüskar olmaq və məsuliyyət götürmək bacarığı; 
  • Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək; 
  • Məsuliyyətli, nəticəyönümlü və detallara diqqətli olmaq. 

İş şəraiti:

  • 5 günlük iş qrafiki; 
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir; 
  • Peşəkar komandada işləmək və innovativ rəqəmsal məhsulun inkişafında iştirak etmək imkanı; 
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Product Owner" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

ABS Apar (Bike-Sharing Startup)
Apar (Bike-Sharing Startup)

Похожие вакансии

Смотреть все