Qaytarılma müraciətlərinin araşdırılması və həlli qrupunun mütəxəssisi
About this role
Geri qaytarılma müraciətlərinin operativ və müştəriyönümlü şəkildə idarə olunmasını, müştərilərlə effektiv kommunikasiyanı və proseslərin şirkət prosedurlarına uyğun icrasını təmin edəcək.
+ ' ' +- Tərəfdaşlar və müştərilərlə 2-3 il iş təcrübəsi
- Azərbaycan və Rus dil biliyi
- Excel, Word proqram biliyi
- Detallara diqqətli
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
• Geri qaytarılma müraciətlərini qəbul və vaxtında emal etmək, müraciətlərin statusunu izləmək, müştəri ilə davamlı kommunikasiya aparmaq və müraciətin həlli prosesini yekun nəticəyədək müşayiət etmək.
• Geri qaytarılma və əlaqəli proseslər üzrə məlumatları tikət sistemi, CRM, OMS və digər daxili platformalarda düzgün və tam şəkildə qeyd etmək, qaytarılma şərtlərinə uyğunluğu yoxlamaq və məlumatların aktuallığını təmin etmək.
• Müştərilərlə birbaşa əlaqə quraraq müraciətlərin detallarını dəqiqləşdirmək, müraciətin gedişatı barədə məlumat vermək, müştəri rəylərini nəzərə almaq, uyğun həll variantları təqdim etmək və təkrar müraciətlərə operativ reaksiya vermək.
• Geri qaytarılma prosesi, əlaqəli müraciətlər və şikayətlər üzrə araşdırma aparmaq, müraciətləri müştəriyönümlü yanaşma ilə qiymətləndirmək və qanunvericiliyin, şirkətin və şöbənin qayda, prosedur və tənzimləmələrinə uyğun qərarlar qəbul etmək.
- Şirkətin iş standartlarına, daxili qayda və məlumat məxfiliyi tələblərinə, həmçinin əsas KPI və digər müəyyən edilmiş performans göstəricilərinə riayət etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan…