Reklam bölümünün aparıcı mütəxəssisi (Akkaunt və Layihə meneceri)
Work mode Full-time Experience 3–5 years Category Marketing
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Daxili müştərilərin ehtiyaclarını təhlil edir, onların məqsədlərinə uyğun kommunikasiya strategiyası, platforma və planların hazırlanmasında fəal iştirak edir və icrasını təmin edir.
- Daxili müştərilərlə uzunmüddətli və effektiv əməkdaşlıq münasibətlərini qurur və idarə edir, layihələrin uğurlu icrasını təmin edir.
- Daxili müştərilər üzrə kommunikasiya layihələrinin A-dan Z-yə idarə olunmasını təmin edir.
- Layihələrin başlanmasından tamamlanmasına qədər olan bütün mərhələlərə nəzarət edir, vaxt, büdcə və keyfiyyət göstəricilərinə riayət olunmasını təmin edir.
- Kanal xəritələnməsi, media planlaşdırma və kommunikasiya alətlərinin seçilməsi proseslərini koordinasiya edir.
- Şifahi, vizual və video kommunikasiya materiallarının hazırlanmasına nəzarət edir, yaradıcı və istehsal proseslərində aktiv iştirak edir.
- Daxili komandalar və xarici tərəfdaşlar (agentliklər, vendorlar və s.) ilə koordinasiyanı təmin edir.
- Vendor və agentliklərlə münasibətləri idarə edir, gündəlik istehsal proseslərinə və layihə icrasına nəzarət edir.
- Digər struktur bölmələrlə əməkdaşlıq edərək kommunikasiya fəaliyyətlərinin inteqrasiya olunmuş və vahid yanaşma əsasında həyata keçirilməsini təmin edir.
- Layihələr çərçivəsində büdcənin idarə olunmasına nəzarət edir, resursların səmərəli istifadəsini təmin edir.
- Layihələr üzrə əsas performans göstəricilərinin (KPI) proqnozlaşdırılması və izlənməsini həyata keçirir, müvafiq hesabatları hazırlayır.
- Kommunikasiya materiallarının Azercell və digər alt brend qaydalarına uyğunluğunu təmin edir və bu uyğunluğun tərəfdaşlar tərəfindən də qorunmasına nəzarət edir.
- Müvafiq məlumatların, metriklərin və ən yaxşı təcrübələrin təhlili əsasında kommunikasiya sahəsində trendləri müəyyən edir və onların layihələrdə tətbiqini təşəbbüs edir.
- Mövcud proseslərin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürür və tətbiqində iştirak edir.
- Şirkətdaxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət edir, məlumatların məxfiliyini təmin edir.
Xüsusi tələblər
- Kommunikasiya, Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Kommunikasiya, layihə idarəetməsi, marketinq və ya əlaqəli sahədə 3–5+ il iş təcrübəsi
- Güclü stakeholder idarəetmə bacarıqları və daxili müştərilərlə effektiv əməkdaşlıq qurmaq qabiliyyəti
- Layihələrin end-to-end idarə olunması (planlama, icra və çatdırılma) üzrə sübut olunmuş təcrübə
- Kross-funksional komandalar və xarici tərəfdaşlarla (agentliklər, vendorlar və s.) işləmə təcrübəsi
- Kommunikasiya kanalları, media planlama və kontent hazırlanması (verbal, vizual, rəqəmsal) üzrə yaxşı anlayış
- Analitik düşüncə bacarıqları, KPI-ların izlənməsi, məlumatların təhlili və insight-ların əldə olunması bacarığı
- Yaradıcılıq və detallara diqqət, kampaniya və kontent hazırlanmasına töhfə vermək bacarığı
- Yüksək təşkilatçılıq qabiliyyəti, eyni anda bir neçə layihəni idarə etmək və deadline-lara riayət etmək bacarığı
- Proaktiv və həll yönümlü yanaşma, proseslərin təkmilləşdirilməsi üzrə təşəbbüskarlıq
- Güclü ünsiyyət və təqdimat bacarıqları
- Brend qaydaları ilə işləmək və kommunikasiya materiallarında konsistentliyi təmin etmək bacarığı
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək; layihə idarəetmə və ya marketinq alətləri ilə təcrübə üstünlükdür
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (orta), Rus dili üstünlükdür
Azercell