AzercellAzercell

Reklam bölümünün aparıcı mütəxəssisi (Akkaunt və Layihə meneceri)

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Marketinq
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Daxili müştərilərin ehtiyaclarını təhlil edir, onların məqsədlərinə uyğun kommunikasiya strategiyası, platforma və planların hazırlanmasında fəal iştirak edir və icrasını təmin edir.
  • Daxili müştərilərlə uzunmüddətli və effektiv əməkdaşlıq münasibətlərini qurur və idarə edir, layihələrin uğurlu icrasını təmin edir.
  • Daxili müştərilər üzrə kommunikasiya layihələrinin A-dan Z-yə idarə olunmasını təmin edir.
  • Layihələrin başlanmasından tamamlanmasına qədər olan bütün mərhələlərə nəzarət edir, vaxt, büdcə və keyfiyyət göstəricilərinə riayət olunmasını təmin edir.
  • Kanal xəritələnməsi, media planlaşdırma və kommunikasiya alətlərinin seçilməsi proseslərini koordinasiya edir.
  • Şifahi, vizual və video kommunikasiya materiallarının hazırlanmasına nəzarət edir, yaradıcı və istehsal proseslərində aktiv iştirak edir.
  • Daxili komandalar və xarici tərəfdaşlar (agentliklər, vendorlar və s.) ilə koordinasiyanı təmin edir.
  • Vendor və agentliklərlə münasibətləri idarə edir, gündəlik istehsal proseslərinə və layihə icrasına nəzarət edir.
  • Digər struktur bölmələrlə əməkdaşlıq edərək kommunikasiya fəaliyyətlərinin inteqrasiya olunmuş və vahid yanaşma əsasında həyata keçirilməsini təmin edir.
  • Layihələr çərçivəsində büdcənin idarə olunmasına nəzarət edir, resursların səmərəli istifadəsini təmin edir.
  • Layihələr üzrə əsas performans göstəricilərinin (KPI) proqnozlaşdırılması və izlənməsini həyata keçirir, müvafiq hesabatları hazırlayır.
  • Kommunikasiya materiallarının Azercell və digər alt brend qaydalarına uyğunluğunu təmin edir və bu uyğunluğun tərəfdaşlar tərəfindən də qorunmasına nəzarət edir.
  • Müvafiq məlumatların, metriklərin və ən yaxşı təcrübələrin təhlili əsasında kommunikasiya sahəsində trendləri müəyyən edir və onların layihələrdə tətbiqini təşəbbüs edir.
  • Mövcud proseslərin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürür və tətbiqində iştirak edir.
  • Şirkətdaxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət edir, məlumatların məxfiliyini təmin edir.

Xüsusi tələblər

  • Kommunikasiya, Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
  • Kommunikasiya, layihə idarəetməsi, marketinq və ya əlaqəli sahədə 3–5+ il iş təcrübəsi
  • Güclü stakeholder idarəetmə bacarıqları və daxili müştərilərlə effektiv əməkdaşlıq qurmaq qabiliyyəti
  • Layihələrin end-to-end idarə olunması (planlama, icra və çatdırılma) üzrə sübut olunmuş təcrübə
  • Kross-funksional komandalar və xarici tərəfdaşlarla (agentliklər, vendorlar və s.) işləmə təcrübəsi
  • Kommunikasiya kanalları, media planlama və kontent hazırlanması (verbal, vizual, rəqəmsal) üzrə yaxşı anlayış
  • Analitik düşüncə bacarıqları, KPI-ların izlənməsi, məlumatların təhlili və insight-ların əldə olunması bacarığı
  • Yaradıcılıq və detallara diqqət, kampaniya və kontent hazırlanmasına töhfə vermək bacarığı
  • Yüksək təşkilatçılıq qabiliyyəti, eyni anda bir neçə layihəni idarə etmək və deadline-lara riayət etmək bacarığı
  • Proaktiv və həll yönümlü yanaşma, proseslərin təkmilləşdirilməsi üzrə təşəbbüskarlıq
  • Güclü ünsiyyət və təqdimat bacarıqları
  • Brend qaydaları ilə işləmək və kommunikasiya materiallarında konsistentliyi təmin etmək bacarığı
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək; layihə idarəetmə və ya marketinq alətləri ilə təcrübə üstünlükdür
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (orta), Rus dili üstünlükdür

Müraciət üçün (CV): https://careers.azercell.com/job/Baku-Reklam-b%C3%B6l%C3%BCm%C3%BCn%C3%BCn-apar%C4%B1c%C4%B1-m%C3%BCt%C9%99x%C9%99ssisi-%28Akkaunt-v%C9%99-Layih%C9%99-meneceri%29/1359704857/

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et