Bakı Metropoliteni Layihələrin idarə edilməsi şöbəsinə aparıcı mütəxəssis
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Layihələrin planlaşdırılması, resurs bölgüsü, vaxt qrafiklərinin hazırlanması və icra mərhələlərinin koordinasiyasını təmin etmək;
- Layihə proqramı çərçivəsində bir-biri ilə əlaqəli bir neçə layihənin tam icrasını və koordinasiyası prosesini həyata keçirmək;
- Layihələrin icrası zamanı yaranan riskləri müəyyənləşdirmək, risk analizləri aparmaq və qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Jira, MS Project və digər layihə idarəetmə alətlərindən istifadə etməklə layihə fəaliyyətlərinin monitorinqini aparmaq və yenilənməsini təmin etmək;
- Təklif olunan strateji təşəbbüslər və layihələr üzrə ilkin qiymətləndirmələr, məqsədəuyğunluq analizləri və ROI (İnvestisiya Gəlirliliyi) hesablamaları aparmaq;
- Xarici tərəfdaşlar, təchizatçılar, məsləhətçilər və həll təminatçıları ilə əməkdaşlıq proseslərini idarə etmək, danışıqlarda iştirak etmək və münasibətlərin effektiv şəkildə qurulmasını təmin etmək.
Xüsusi tələblər
- İdarəetmə, iqtisadiyyat, maliyyə, mühəndislik və ya uyğun sahələr üzrə ali təhsil;
- Layihələrin idarə edilməsi sahəsində minimum 3-5 il iş təcrübəsi (infrastruktur və ya nəqliyyat sektorunda, həmçinin irimiqyaslı layihələrdə təcrübə üstünlükdür);
- Layihə idarəetmə metodologiyaları, risklərin idarə olunması və problemlərin həlli bacarıqları (layihə idarəetmə sertifikatları üstünlükdür);
- Jira, MS Project və MS Office proqramlarında yüksək səviyyədə işləmə qabiliyyəti.

Bakı Metropoliteni