AYN
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Layihələrin idarə edilməsi üzrə baş mütəxəssis
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- İnformasiya texnologiyaları
Vəzifə haqqında
Təsvir
- Layihə idarəetmə standartlarına uyğun olaraq layihə idarəetmə çərçivəsinin tətbiqində və inkişafında iştirak etmək;
- Təşkilat üzrə bütün layihələrdə vahid layihə idarəetmə yanaşmasının tətbiqinə nəzarət etmək;
- Layihə sənədləri, prosedurlar, metodologiyalar və şablonların hazırlanması və təkmilləşdirilməsini həyata keçirmək;
- Layihə komandalarına metodoloji dəstək göstərmək, mentorluq etmək və təlimlər keçirmək;
- Lessons Learned sessiyalarını təşkil etmək və əldə olunan nəticələrin proseslərin təkmilləşdirilməsində istifadəsini təmin etmək;
- Layihələrin performansını, risklərini və uyğunluğunu monitorinq etmək, rəhbərlik üçün müvafiq hesabatlar hazırlamaq;
- İdarəetmə paneli (dashboard), icraedici hesabatlar və təqdimatlar hazırlamaq;
- Rəhbərlik və dövlət qurumları üçün qısa, dəqiq və nəticəyönümlü təqdimatlar hazırlamaq və təqdim etmək;
- Struktur bölmələr və maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək layihələrin təşkilati strategiyaya uyğun icrasını təmin etmək;
- Çoxvendorlu layihələrdə beynəlxalq təchizatçılar, dövlət qurumları və daxili komandalar arasında koordinasiyanı həyata keçirmək;
- Risk, dəyişiklik və problem idarəetmə proseslərini nəzarətdə saxlamaq;
- Müqavilə şərtlərinin, satınalma mərhələlərinin və ödəniş proseslərinin icrasını izləmək;
- Agile, Waterfall və Hybrid layihə idarəetmə metodologiyalarını tətbiq etmək və uyğunlaşdırmaq.
Tələblər
- Ali təhsil (Biznesin idarəedilməsi, Layihə idarəetməsi, Mühəndislik, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə);
- PMP sertifikatı (mütləq tələbdir);
- PMI-ACP, SAFe, Scrum Master və ya digər Agile sertifikatları üstünlükdür;
- Minimum 4-5 il layihə idarəetməsi və ya PMO sahəsində iş təcrübəsi;
- Dövlət və ya korporativ mühitdə layihələrin idarə olunması üzrə təcrübə;
- Böyükhəcmli və çoxvendorlu layihələrdə iştirak təcrübəsi;
- Risk, problem və dəyişiklik idarəetməsi üzrə praktiki biliklər;
- Güclü analitik düşüncə və qərarvermə bacarıqları;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Təqdimatların hazırlanması və təqdim edilməsi sahəsində təcrübə;
- MS Project, Jira, Primavera, Asana və digər layihə idarəetmə alətləri üzrə yüksək səviyyədə bilik;
- Teams, Google Sheets, Smartsheet və oxşar platformalarla işləmək bacarığı;
- Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək;
- Türk və Rus dillərini bilmək üstünlük hesab olunur.