- İş rejimi
- Yarım ştat
- Kateqoriya
- İnformasiya texnologiyaları
Vəzifə haqqında
Təsvir
Şirkət daxilində istifadə olunan proqram təminatlarının gündəlik dəstəklənməsi və yaranan texniki problemlərin araşdırılmasında iştirak etmək;
Proqramçı komandası tərəfindən verilən texniki tapşırıqların mentor nəzarəti altında icra edilməsində iştirak etmək;
Mövcud proqram təminatlarının inkişafı, test edilməsi və təkmilləşdirilməsi proseslərinə dəstək göstərmək;
Verilənlər bazası ilə bağlı sadə sorğuların hazırlanması və məlumatların yoxlanılmasında iştirak etmək;
Proqram təminatlarında aşkar edilmiş xətaların araşdırılması və aradan qaldırılması üzrə işlərdə iştirak etmək;
Yeni funksionallıqların hazırlanması və tətbiqi prosesində proqramçılara dəstək vermək;
Tələblər
İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə təhsil (və ya son kurs tələbəsi)
SQL üzrə baza bilikləri
Proqramlaşdırma məntiqi və alqoritm anlayışı
C#, .NET və ya digər proqramlaşdırma dilləri üzrə baza bilikləri
MS SQL Server ilə işləmə təcrübəsi
ERP sistemləri haqqında ilkin anlayışlar
Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq
Analitik düşüncə və komandada işləmə bacarığı
İş qrafiki: Full/Part time