Emsan Rəqəmsal Marketinq Mütəxəssisi
About this role
Əsas vəzifələr:
Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması və icrasında iştirak etmək;
Meta Ads, Google Ads, TikTok Ads və digər platformalarda reklam kampaniyalarını planlamaq, idarə etmək, optimallaşdırmaq və gündəlik monitorinqini aparmaq;
Reklam büdcəsinin effektiv idarə olunmasını təmin etmək və kampaniyaların KPI-lara uyğun nəticə verməsinə nəzarət etmək;
ROAS, ROI, CPA, CTR, CPC, CPM, Conversion Rate və digər performans göstəricilərini analiz etmək;
Hədəf auditoriyalarını müəyyənləşdirmək, remarketing kampaniyalarını idarə etmək və A/B testləri həyata keçirmək;
Google Analytics 4 (GA4), Google Tag Manager və digər analitika alətləri ilə istifadəçi davranışlarını və kampaniya nəticələrini təhlil etmək;
Veb-saytın performansı, SEO üzrə açar söz araşdırması və rəqib analizlərində iştirak etmək;
Sosial media kontent planının hazırlanmasında iştirak etmək və kreativ komanda ilə koordinasiyalı işləmək;
Influencer əməkdaşlıqları, bazar araşdırmaları və yeni rəqəmsal marketinq alətlərinin sınağında iştirak etmək;
Həftəlik və aylıq hesabatlar hazırlamaq, nəticələr və inkişaf imkanları barədə rəhbərliyə məlumat vermək.
İş şəraiti:
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
İş yeri: Bakı şəhəri, 25 Plaza;
İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə);
AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Namizədə tələblər:
Ali təhsil (Marketinq, Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Kommunikasiya və ya əlaqəli sahələr);
Minimum 2 il rəqəmsal marketinq və ya performance marketing sahəsində iş təcrübəsi (Retail və E-commerce təcrübəsi üstünlükdür);
Meta Ads Manager, Google Ads və TikTok Ads platformalarında praktiki iş təcrübəsi;
Google Analytics 4 (GA4), Google Tag Manager və Google Search Console bilikləri;
SEO və SEM üzrə biliklər;
Reklam kampaniyalarının planlaşdırılması, optimallaşdırılması və reklam büdcəsinin idarə olunması bacarığı;
KPI, ROI, ROAS, CTR, CPC, CPM, CPA və Conversion Rate göstəricilərini analiz etmək bacarığı;
Rəqəmsal kampaniyalar üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
Sosial media və rəqəmsal kontent planlaması üzrə anlayış;
Excel və ya Google Sheets proqramlarında işləmək bacarığı;
Analitik düşüncə, yaradıcılıq, nəticəyönümlülük və eyni zamanda bir neçə layihəni idarə etmək bacarığı.
Tələblərə uyğun namizədlər mövzu hissəsində "Rəqəmsal Marketinq Mütəxəssisi" qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
