E EmsanEmsan

Rəqəmsal Marketinq Mütəxəssisi

Опубликовано 7 ч. назад Источник
Маркетинг
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
21 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Əsas vəzifələr:

  • Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması və icrasında iştirak etmək;

  • Meta Ads, Google Ads, TikTok Ads və digər platformalarda reklam kampaniyalarını planlamaq, idarə etmək, optimallaşdırmaq və gündəlik monitorinqini aparmaq;

  • Reklam büdcəsinin effektiv idarə olunmasını təmin etmək və kampaniyaların KPI-lara uyğun nəticə verməsinə nəzarət etmək;

  • ROAS, ROI, CPA, CTR, CPC, CPM, Conversion Rate və digər performans göstəricilərini analiz etmək;

  • Hədəf auditoriyalarını müəyyənləşdirmək, remarketing kampaniyalarını idarə etmək və A/B testləri həyata keçirmək;

  • Google Analytics 4 (GA4), Google Tag Manager və digər analitika alətləri ilə istifadəçi davranışlarını və kampaniya nəticələrini təhlil etmək;

  • Veb-saytın performansı, SEO üzrə açar söz araşdırması və rəqib analizlərində iştirak etmək;

  • Sosial media kontent planının hazırlanmasında iştirak etmək və kreativ komanda ilə koordinasiyalı işləmək;

  • Influencer əməkdaşlıqları, bazar araşdırmaları və yeni rəqəmsal marketinq alətlərinin sınağında iştirak etmək;

  • Həftəlik və aylıq hesabatlar hazırlamaq, nəticələr və inkişaf imkanları barədə rəhbərliyə məlumat vermək.

İş şəraiti:

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;

  • İş yeri: Bakı şəhəri, 25 Plaza;

  • İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə);

  • AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.

Namizədə tələblər:

  • Ali təhsil (Marketinq, Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Kommunikasiya və ya əlaqəli sahələr);

  • Minimum 2 il rəqəmsal marketinq və ya performance marketing sahəsində iş təcrübəsi (Retail və E-commerce təcrübəsi üstünlükdür);

  • Meta Ads Manager, Google Ads və TikTok Ads platformalarında praktiki iş təcrübəsi;

  • Google Analytics 4 (GA4), Google Tag Manager və Google Search Console bilikləri;

  • SEO və SEM üzrə biliklər;

  • Reklam kampaniyalarının planlaşdırılması, optimallaşdırılması və reklam büdcəsinin idarə olunması bacarığı;

  • KPI, ROI, ROAS, CTR, CPC, CPM, CPA və Conversion Rate göstəricilərini analiz etmək bacarığı;

  • Rəqəmsal kampaniyalar üzrə hesabatların hazırlanması və təqdim edilməsi;

  • Sosial media və rəqəmsal kontent planlaması üzrə anlayış;

  • Excel və ya Google Sheets proqramlarında işləmək bacarığı;

  • Analitik düşüncə, yaradıcılıq, nəticəyönümlülük və eyni zamanda bir neçə layihəni idarə etmək bacarığı.

Tələblərə uyğun namizədlər mövzu hissəsində "Rəqəmsal Marketinq Mütəxəssisi" qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.

Похожие вакансии

Смотреть все