MTM
Müstəqil Tədris Mərkəzi

Riyaziyyat Müəllimi

Posted 3 d ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Apply
Category
Education

About this role

İş şəraiti

  • Format: Tam onlayn (distant), videoəlaqə
  • İş rejimi: Dərs cədvəlinə uyğun
  • Tədris dili: Azərbaycan dili
  • Əmək haqqı: Faiz əsaslə gəlir modeli

Hansı müəllimi axtarırıq

  • Riyaziyyatı uşaqlara sadə dildə izah edən və onlayn dərsdə şagirdin diqqətini saxlamağı bacaran müəllim axtarırıq. 3-8-ci siniflərlə işləmək, monitorinq və lisey qəbul imtahanlarına, həmçinin Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasına hazırlıq təcrübəsi olanlara üstünlük veririk.

Əsas vəzifələr

  • 3-8-ci sinif şagirdlərinə onlayn riyaziyyat dərslərinin keçirilməsi
  • 4-cü və 6-cı sinif monitorinq imtahanına hazırlıq
  • Lisey və gimnaziyaların qəbul imtahanına hazırlıq
  • 5-ci sinif şagirdlərinin Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasına hazırlanması
  • Dərs materiallarının və tapşırıqların hazırlanması
  • Şagirdlərin irəliləyişinin izlənməsi və valideynlərə müntəzəm məlumat verilməsi

Tələblər

  • Ali təhsilini bitirən və ya davam etdirən (riyaziyyat və ya riyaziyyat müəllimliyi ixtisası üstünlükdür)
  • İbtidai və orta sinif riyaziyyat proqramına yaxşı bələdlik
  • Onlayn dərs üçün sabit internet, mütləq kompüter
  • Zoom və ya Google Meet, eləcə də rəqəmsal lövhə ilə işləmək bacarığı
  • Uşaqlarla səbirli və aydın ünsiyyət
  • Tədris təcrübəsi üstünlükdür; təcrübəsi az olan güclü namizədlərə də baxılır

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Mövzu hissəsində “Riyaziyyat Müəllimi” yazın.

Similar jobs

: