MTM
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Образование
О должности
İş şəraiti
- Format: Tam onlayn (distant), videoəlaqə
- İş rejimi: Dərs cədvəlinə uyğun
- Tədris dili: Azərbaycan dili
- Əmək haqqı: Faiz əsaslə gəlir modeli
Hansı müəllimi axtarırıq
- Riyaziyyatı uşaqlara sadə dildə izah edən və onlayn dərsdə şagirdin diqqətini saxlamağı bacaran müəllim axtarırıq. 3-8-ci siniflərlə işləmək, monitorinq və lisey qəbul imtahanlarına, həmçinin Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasına hazırlıq təcrübəsi olanlara üstünlük veririk.
Əsas vəzifələr
- 3-8-ci sinif şagirdlərinə onlayn riyaziyyat dərslərinin keçirilməsi
- 4-cü və 6-cı sinif monitorinq imtahanına hazırlıq
- Lisey və gimnaziyaların qəbul imtahanına hazırlıq
- 5-ci sinif şagirdlərinin Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasına hazırlanması
- Dərs materiallarının və tapşırıqların hazırlanması
- Şagirdlərin irəliləyişinin izlənməsi və valideynlərə müntəzəm məlumat verilməsi
Tələblər
- Ali təhsilini bitirən və ya davam etdirən (riyaziyyat və ya riyaziyyat müəllimliyi ixtisası üstünlükdür)
- İbtidai və orta sinif riyaziyyat proqramına yaxşı bələdlik
- Onlayn dərs üçün sabit internet, mütləq kompüter
- Zoom və ya Google Meet, eləcə də rəqəmsal lövhə ilə işləmək bacarığı
- Uşaqlarla səbirli və aydın ünsiyyət
- Tədris təcrübəsi üstünlükdür; təcrübəsi az olan güclü namizədlərə də baxılır
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Mövzu hissəsində “Riyaziyyat Müəllimi” yazın.