Sinteks MMCSinteks MMC

Satıcı

Bakı Posted 3 h ago Source
1–3 years Sales
Monthly salary
₼780 – 1,500
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vakansiya: Satış Məsləhətçisi (Lüks Brend)

Lüks seqmentdə fəaliyyət göstərən brendimiz komandamıza peşəkar, ünsiyyətcil və yüksək xidmət standartlarına sahib Satış Məsləhətçisi axtarır.

Təklif edirik:

  1. Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi;
  2. Beynəlxalq standartlara uyğun iş mühiti;
  3. Peşəkar inkişaf və təlim imkanları;
  4. Karyera yüksəlişi perspektivi;
  5. Prestijli lüks brendin bir parçası olmaq imkanı.

Əgər yüksək xidmət mədəniyyətinə sahibsiniz, moda və lüks dünyasına maraq göstərirsinizsə və peşəkar komandada çalışmaq istəyirsinizsə, CV-nizi bizimlə paylaşın. Sizi komandamızda görməkdən məmnun olarıq!

Öhdəliklər

  1. Müştərilərə yüksək səviyyəli xidmət göstərmək və fərdi yanaşma təmin etmək;
  2. Brendin dəyərlərinə uyğun şəkildə məhsulları təqdim etmək və satış prosesini idarə etmək;
  3. Müştəri ehtiyaclarını müəyyən edərək uyğun məhsullar təklif etmək;
  4. Mağazanın vizual standartlarını və məhsul düzülüşünü qorumaq;
  5. Satış hədəflərinə nail olmaq və komanda ilə effektiv əməkdaşlıq etmək.

Tələblər

  1. Satış sahəsində, xüsusilə premium və ya lüks seqmentdə iş təcrübəsi arzuolunandır;
  2. Azərbaycan dilində səlis danışıq (rus və/və ya ingilis dili biliyi üstünlükdür);
  3. Yüksək ünsiyyət və təqdimat bacarığı;
  4. Nəzakətli, məsuliyyətli və nəticəyönümlü yanaşma;
  5. Zövqlü görünüş və yüksək xidmət mədəniyyəti.
Sinteks MMC
Sinteks MMC

Similar jobs

See all
Apply