Satıcı
Опыт 1–3 года Категория Продажи
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiya: Satış Məsləhətçisi (Lüks Brend)
Lüks seqmentdə fəaliyyət göstərən brendimiz komandamıza peşəkar, ünsiyyətcil və yüksək xidmət standartlarına sahib Satış Məsləhətçisi axtarır.
Təklif edirik:
- Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi;
- Beynəlxalq standartlara uyğun iş mühiti;
- Peşəkar inkişaf və təlim imkanları;
- Karyera yüksəlişi perspektivi;
- Prestijli lüks brendin bir parçası olmaq imkanı.
Əgər yüksək xidmət mədəniyyətinə sahibsiniz, moda və lüks dünyasına maraq göstərirsinizsə və peşəkar komandada çalışmaq istəyirsinizsə, CV-nizi bizimlə paylaşın. Sizi komandamızda görməkdən məmnun olarıq!
Öhdəliklər
- Müştərilərə yüksək səviyyəli xidmət göstərmək və fərdi yanaşma təmin etmək;
- Brendin dəyərlərinə uyğun şəkildə məhsulları təqdim etmək və satış prosesini idarə etmək;
- Müştəri ehtiyaclarını müəyyən edərək uyğun məhsullar təklif etmək;
- Mağazanın vizual standartlarını və məhsul düzülüşünü qorumaq;
- Satış hədəflərinə nail olmaq və komanda ilə effektiv əməkdaşlıq etmək.
Tələblər
- Satış sahəsində, xüsusilə premium və ya lüks seqmentdə iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində səlis danışıq (rus və/və ya ingilis dili biliyi üstünlükdür);
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Nəzakətli, məsuliyyətli və nəticəyönümlü yanaşma;
- Zövqlü görünüş və yüksək xidmət mədəniyyəti.
Sinteks MMC