Titan Group Satınalma üzrə Baş Mütəxəssis
About this role
Titan Group MMC istehsalat sahəsində fəaliyyət göstərən şirkətimizə Satınalma üzrə Baş Mütəxəssis vəzifəsinə peşəkar namizəd axtarır.
Vəzifə öhdəlikləri:
Şirkətin satınalma proseslərinin planlaşdırılması və idarə olunması;
Yerli və xarici təchizatçılarla danışıqların aparılması;
Qiymət təkliflərinin toplanması, müqayisəsi və ən uyğun təkliflərin seçilməsi;
Müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət;
Satınalma sifarişlərinin vaxtında və düzgün icrasının təmin edilməsi;
İstehsalatın ehtiyaclarına uyğun xammal, material və avadanlıqların fasiləsiz təmin olunması;
Təchizat bazarının araşdırılması və yeni təchizatçılarla əməkdaşlığın qurulması;
Satınalma üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
Ali təhsil;
Satınalma sahəsində minimum 3 il iş təcrübəsi;
İstehsalat sahəsində iş təcrübəsinə üstünlük verilir;
Rus və ya İngilis dillərindən ən azı birini yaxşı səviyyədə bilmək (mütləqdir);
MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
Analitik düşünmə, danışıqlar aparmaq və qərarvermə bacarığı;
Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.
Ünvan Suraxanı rayonu Binə qəsəbəsi
Əmək haqqı:
Müsabiqənin nəticəsinə əsasən müəyyən edilir.
Şirkət tərəfindən təmin olunur:
Nahar;
Korporativ mobil nömrə;
Servis xidməti.
Peşəkar və inkişaf yönümlü iş mühiti;
Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi.
Maraqlanan namizədlər CV-lərini "Satınalma üzrə Baş Mütəxəssis" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
