Construction Equipment Services MMC Satınalma mütəxəssisi
Posted 15 h ago Source ↗
Category Logistics
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri
- Şirkətin satınalma ehtiyaclarını müəyyən etmək və satınalma prosesini planlaşdırmaq;
- Texnikalar, ehtiyat hissələri, avadanlıqlar, istehlak materialları və digər mal və xidmətlərin satınalmasını həyata keçirmək;
- Təchizatçılarla əlaqələrin qurulması, qiymət və müqavilə şərtləri üzrə danışıqların aparılması;
- Qiymət təkliflərini toplamaq, müqayisəli təhlil aparmaq və ən uyğun təchizatçının seçilməsi ilə bağlı təkliflər hazırlamaq;
- Satınalma sifarişlərini hazırlamaq, təsdiq prosesini izləmək və icrasına nəzarət etmək;
- Mal və xidmətlərin vaxtında, tələb olunan keyfiyyətdə və düzgün sənədlərlə təhvil alınmasını təmin etmək;
- Bazar araşdırmaları aparmaq, yeni təchizatçılar müəyyən etmək və mövcud təchizatçı bazasını inkişaf etdirmək;
- Müqavilələrin icrasına nəzarət etmək və təchizatçılarla yaranan məsələlərin operativ həllini təmin etmək;
- Satınalma üzrə sənədləşməni və məlumat bazasını düzgün aparmaq;
- Rəhbərliyə satınalma fəaliyyəti üzrə dövri hesabatlar hazırlamaq və təqdim etmək;
- Digər şöbələrlə (servis, logistika, maliyyə və s.) koordinasiyalı işləmək.
Tələblər
- Ali təhsil (müvafiq ixtisas üzrə təhsil üstünlükdür);
- Satınalma və ya təchizat sahəsində minimum 3 il iş təcrübəsi;
- Satınalma və təchizat prosesləri üzrə biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında işləmək bacarığı;
- Analitik düşünmə və planlaşdırma bacarığı;
- Danışıqlar aparmaq və ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətli, dəqiq və nəticəyönümlü olmaq.
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00;
- Əmək haqqı: 800–1200 AZN (namizədin bilik və təcrübəsinə əsasən);
- Rəsmi əmək müqaviləsi;
- Məzuniyyət və bayram günləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və istehsalat təqviminə uyğun olaraq təmin edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
CES 

Construction Equipment Services MMC