CES Construction Equipment Services MMCConstruction Equipment Services MMC

Satınalma mütəxəssisi

15 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
₼800+
Son müraciət tarixi
8 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri

  • Şirkətin satınalma ehtiyaclarını müəyyən etmək və satınalma prosesini planlaşdırmaq;
  • Texnikalar, ehtiyat hissələri, avadanlıqlar, istehlak materialları və digər mal və xidmətlərin satınalmasını həyata keçirmək;
  • Təchizatçılarla əlaqələrin qurulması, qiymət və müqavilə şərtləri üzrə danışıqların aparılması;
  • Qiymət təkliflərini toplamaq, müqayisəli təhlil aparmaq və ən uyğun təchizatçının seçilməsi ilə bağlı təkliflər hazırlamaq;
  • Satınalma sifarişlərini hazırlamaq, təsdiq prosesini izləmək və icrasına nəzarət etmək;
  • Mal və xidmətlərin vaxtında, tələb olunan keyfiyyətdə və düzgün sənədlərlə təhvil alınmasını təmin etmək;
  • Bazar araşdırmaları aparmaq, yeni təchizatçılar müəyyən etmək və mövcud təchizatçı bazasını inkişaf etdirmək;
  • Müqavilələrin icrasına nəzarət etmək və təchizatçılarla yaranan məsələlərin operativ həllini təmin etmək;
  • Satınalma üzrə sənədləşməni və məlumat bazasını düzgün aparmaq;
  • Rəhbərliyə satınalma fəaliyyəti üzrə dövri hesabatlar hazırlamaq və təqdim etmək;
  • Digər şöbələrlə (servis, logistika, maliyyə və s.) koordinasiyalı işləmək.

Tələblər

  • Ali təhsil (müvafiq ixtisas üzrə təhsil üstünlükdür);
  • Satınalma və ya təchizat sahəsində minimum 3 il iş təcrübəsi;
  • Satınalma və təchizat prosesləri üzrə biliklər;
  • MS Office proqramlarında, xüsusilə Excel proqramında işləmək bacarığı;
  • Analitik düşünmə və planlaşdırma bacarığı;
  • Danışıqlar aparmaq və ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətli, dəqiq və nəticəyönümlü olmaq.

İş şəraiti

  • İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00;
  • Əmək haqqı: 800–1200 AZN (namizədin bilik və təcrübəsinə əsasən);
  • Rəsmi əmək müqaviləsi;
  • Məzuniyyət və bayram günləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və istehsalat təqviminə uyğun olaraq təmin edilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

CES Construction Equipment Services MMC
Construction Equipment Services MMC

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et