Milli Kibertəhlükəsizlik Agentliyi Satınalma üzrə baş mütəxəssis
Posted 15 h ago Source ↗
Category Logistics
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri:
- Qurumun ehtiyaclarına uyğun mal, iş və xidmətlərin satınalma proseslərini planlaşdırmaq, təşkil və icra etmək;
- Satınalma prosedurlarını Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinin tələblərinə uyğun həyata keçirmək;
- Texniki tapşırıqların, satınalma şərtlərinin və digər satınalma sənədlərinin hazırlanmasında iştirak etmək;
- Təchizatçılarla yazışmaları və danışıqları aparmaq, daxil olan təklifləri qiymətləndirmək və müqayisəli təhlillər hazırlamaq;
- Satınalma müqavilələrinin hazırlanması, razılaşdırılması və icrasını həyata keçirmək;
- Müqavilələrin icra vəziyyətini izləmək, təchizatçıların öhdəliklərini vaxtında yerinə yetirməsinə nəzarət etmək;
- Dövlət satınalmalarının elektron portalında əməliyyatları həyata keçirmək;
- Satınalma prosesləri ilə bağlı daxili prosedurların təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Qurumun kibertəhlükəsizlik istiqamətində fəaliyyətini nəzərə alaraq İKT avadanlıqları, proqram təminatı, lisenziyalar və kibertəhlükəsizlik həllərinin satınalınması proseslərində iştirak etmək.
Tələblər:
- Ali təhsil;
- Satınalma və ya inzibati idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi;
- Dövlət və ya publik hüquqi şəxslərdə iş təcrübəsi mütləqdir;
- "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununu və satınalmaları tənzimləyən digər normativ hüquqi aktları dərindən bilməli;
- Elektron satınalma sistemi ilə işləmək bacarığı;
- İT avadanlıqları, proqram təminatı və lisenziyaların satınalınması üzrə təcrübə üstünlük hesab edilir;
- İngilis dili biliyi vacibdir.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5 gün).
- İş saatları: 09:00-18:00.
- İş yeri: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Milli Kibertəhlükəsizlik Agentliyi