Satınalma üzrə böyük mütəxəssis
Posted 1 d ago Source ↗
Category Logistics
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri:
- Şirkətin strategiyasına uyğun olaraq daxili və xarici satınalma proseslərinin (Goods & Services, Capex/Opex) tam idarə olunması.
- Material tələbatı siyahılarının (BOM – Bill of Materials) və texniki tapşırıqların təhlili, təchizatçılardan qiymət təkliflərinin (RFQ / RFP) toplanması.
- Yüksək məbləğli müqavilələr üzrə tender proseslərinin təşkili, kommersiya təkliflərinin müqayisəli təhlili (Tender Evaluation).
- Təchizatçılarla kommersiya şərtlərinin (qiymət, ödəniş şərtləri, təhvil müddəti, zəmanət) optimallaşdırılması üzrə danışıqların aparılması.
- Beynəlxalq logistika və gömrük rəsmiləşdirilməsi proseslərinə nəzarət (Incoterms 2020 qaydalarına tam hakim olmaq).
- Satınalma müqavilələrinin hazırlanması, hüquq və maliyyə departamentləri ilə razılaşdırılması.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Menecment, Mühəndislik, Logistika və ya Təchizat Zənciri sahəsində).
- Satınalma və Təchizat Zənciri (PSCM) sahəsində minimum 5 il iş təcrübəsi (sənaye, tikinti, neft-qaz və ya istehsalat sektorunda təcrübə arzuolunandır).
Üstünlüklər:
- Azərbaycan dili — Sərbəst (Ana dili)
- İngilis dili — Sərbəst (Bütün xarici yazışmalar və danışıqlar üçün)
- Rus dili — Yaxşı
- Yüksək analitik düşüncə və problemləri tez həlletmə bacarığı.
- Güclü danışıqlar aparmaq
- Eyni anda bir neçə layihəni və tapşırığı idarə etmək bacarığı
- Sürücülük vəsiqəsinin olunması arzuolunandır
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
S 
STP-AMZ