AF
Monthly salary
Salary negotiable
- Category
- Logistics
About this role
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- Tələb olunan mal-material və xidmətlərin bazar araşdırılmasında iştirak etmək, təchizatçı məlumat bazasının formalaşdırılmasına dəstək vermək;
- Satınalma sifarişlərinin hazırlanması, yerləşdirilməsi və icrasının izlənilməsində iştirak etmək;
- Daxili istifadəçilərdən daxil olan satınalma tələblərinin toplanması və emal edilməsinə dəstək göstərmək;
- Təchizatçılardan qiymət təkliflərinin alınması, müqayisə cədvəllərinin hazırlanması və təhlilində iştirak etmək;
- Təkliflər sorğularının (RFP/RFQ) hazırlanması və göndərilməsi prosesində iştirak etmək;
- Satınalma və tender prosesləri üzrə sənədləşmənin aparılması, müvafiq reyestrlərin yenilənməsini təmin etmək;
- Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində aidiyyəti şəxslərlə koordinasiyanı həyata keçirmək;
- Təchizatçılarla gündəlik yazışmaları və kommunikasiyanı aparmaq;
- Satınalma prosesləri üzrə hesabatların hazırlanmasına dəstək göstərmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə aid tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarəedilməsi, Menecment və ya digər uyğun ixtisaslar);
- Satınalma sahəsində minimum 1 il iş təcrübəsi (və ya təcrübə proqramlarında iştirak, həmçinin marketinq sahəsində təcrübə üstünlükdür);
- Azərbaycan dili – əla, rus və ingilis dilləri üzrə orta səviyyədə biliklər üstünlükdür;
- Microsoft Office proqramlarında, xüsusilə Excel üzrə işləmək bacarığı;
- Analitik düşüncə, ünsiyyət və komanda ilə işləmək bacarığı;
- ERP sistemləri üzrə ilkin biliklər üstünlükdür;
- Satınalma sahəsi üzrə sertifikatların olması üstünlükdür.
İş qrafiki:
- 5 günlük iş qrafiki;
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin edilir.
Üstünlüklərimiz:
- Nahar
- Servis
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satınalma üzrə kiçik mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər