AF
ATS Food

Satınalma üzrə kiçik mütəxəssis

20 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Logistika

Vəzifə haqqında

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəliyi: 

  • Tələb olunan mal-material və xidmətlərin bazar araşdırılmasında iştirak etmək, təchizatçı məlumat bazasının formalaşdırılmasına dəstək vermək;
  • Satınalma sifarişlərinin hazırlanması, yerləşdirilməsi və icrasının izlənilməsində iştirak etmək;
  • Daxili istifadəçilərdən daxil olan satınalma tələblərinin toplanması və emal edilməsinə dəstək göstərmək;
  • Təchizatçılardan qiymət təkliflərinin alınması, müqayisə cədvəllərinin hazırlanması və təhlilində iştirak etmək;
  • Təkliflər sorğularının (RFP/RFQ) hazırlanması və göndərilməsi prosesində iştirak etmək;
  • Satınalma və tender prosesləri üzrə sənədləşmənin aparılması, müvafiq reyestrlərin yenilənməsini təmin etmək;
  • Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində aidiyyəti şəxslərlə koordinasiyanı həyata keçirmək;
  • Təchizatçılarla gündəlik yazışmaları və kommunikasiyanı aparmaq;
  • Satınalma prosesləri üzrə hesabatların hazırlanmasına dəstək göstərmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

 Namizədə aid tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarəedilməsi, Menecment və ya digər uyğun ixtisaslar);
  • Satınalma sahəsində minimum 1 il iş təcrübəsi (və ya təcrübə proqramlarında iştirak, həmçinin marketinq sahəsində təcrübə üstünlükdür);
  • Azərbaycan dili – əla, rus və ingilis dilləri üzrə orta səviyyədə biliklər üstünlükdür;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel üzrə işləmək bacarığı;
  • Analitik düşüncə, ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • ERP sistemləri üzrə ilkin biliklər üstünlükdür;
  • Satınalma sahəsi üzrə sertifikatların olması üstünlükdür.

İş qrafiki:

  • 5 günlük iş qrafiki;
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin edilir.

Üstünlüklərimiz: 

  • Nahar
  • Servis
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satınalma üzrə kiçik mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Oxşar vakansiyalar

: