Satınalma üzrə mütəxəssis
About this role
İşçiyə qoyulan tələblər:
Ali təhsil
Rus və ingilis dili (orta və ya yüksək səviyyədə - işin tələbinə uyğun olaraq)
Vəzifə üzrə 2-3 il iş təcrübəsi;
Sürücülük vəsiqəsinin olması mütləqdir;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Vəzifə öhdəlikləri:
Şirkətin istehsal və əməliyyat fəaliyyətini fasiləsiz təmin etmək üçün tələb olunan xammal, material və xidmətlərin ən optimal şərtlərlə (keyfiyyət, qiymət, çatdırılma müddəti) vaxtında satınalınmasını həyata keçirmək.
İstehsal ehtiyaclarını təhlil etmək və təchizat planlarını hazırlamaq.
Təchizatçıların araşdırılması, qiymət və keyfiyyət müqayisələrinin aparılması;
Sifarişlərin icrasına, malların keyfiyyətinə və çatdırılma qrafiklərinə nəzarət etmək.
Logistika proseslərini koordinasiya edərək malların anbara vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək.
Tələb olunan mallar üçün qiymət araşdırması (market research) aparmaq və kommersiya təkliflərini müqayisə etmək.
Satınalma müqavilələrini hazırlamaq, şərtləri razılaşdırmaq və müqavilə öhdəliklərinin icrasına nəzarət etmək.
İş şərtləri:
Əmək haqqı: 1000 AZN;
5 günlük iş qrafiki;
Nahar və koorporativ nömrə şirkət tərəfindən qarşılanır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə göndərməyiniz xahiş edilir.
“Avromak” MMC-nin əsas məqsədi istehsal və distribüterlik etdiyi məhsulların çeşidlərinin və keyfiyyətinin optimallaşdırılmasıdır və bu istiqamətdə daimi çalışır.