Avromak MMCAvromak MMC

Satınalma üzrə mütəxəssis

Опубликовано 2 нед. назад Источник: azvak.az ↗
Логистика
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
8 iyul 2026

О должности

İşçiyə qoyulan tələblər:

  • Ali təhsil 

  • Rus və ingilis dili (orta və ya yüksək səviyyədə - işin tələbinə uyğun olaraq)

  • Vəzifə üzrə 2-3 il iş təcrübəsi;

  • Sürücülük vəsiqəsinin olması mütləqdir;

  • Analitik düşünmə və problem həll etmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • Şirkətin istehsal və əməliyyat fəaliyyətini fasiləsiz təmin etmək üçün tələb olunan xammal, material və xidmətlərin ən optimal şərtlərlə (keyfiyyət, qiymət, çatdırılma müddəti) vaxtında satınalınmasını həyata keçirmək.

  • İstehsal ehtiyaclarını təhlil etmək və təchizat planlarını hazırlamaq.

  • Təchizatçıların araşdırılması, qiymət və keyfiyyət müqayisələrinin aparılması;

  • Sifarişlərin icrasına, malların keyfiyyətinə və çatdırılma qrafiklərinə nəzarət etmək.

  • Logistika proseslərini koordinasiya edərək malların anbara vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək.

  • Tələb olunan mallar üçün qiymət araşdırması (market research) aparmaq və kommersiya təkliflərini müqayisə etmək.

  • Satınalma müqavilələrini hazırlamaq, şərtləri razılaşdırmaq və müqavilə öhdəliklərinin icrasına nəzarət etmək.

İş şərtləri: 

  • Əmək haqqı: 1000 AZN;

  • 5 günlük iş qrafiki;

  • Nahar və koorporativ nömrə şirkət tərəfindən qarşılanır. 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə göndərməyiniz xahiş edilir. 

Avromak MMC
Avromak MMC
Emal sənayesi

“Avromak” MMC-nin əsas məqsədi istehsal və distribüterlik etdiyi məhsulların çeşidlərinin və keyfiyyətinin optimallaşdırılmasıdır və bu istiqamətdə daimi çalışır.

Похожие вакансии

Смотреть все