Satış Koordinatoru
About this role
İş şəraiti
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 600 AZN + bonus sistemi
İş qrafiki: Bazar ertəsi – Cümə, 08:30 – 17:30
Əsas vəzifə və öhdəliklər
Şirkətə daxil olan sorğu və sifarişlərin qəbul edilməsi;
Müştərilərlə əlaqə saxlayaraq texniki və kommersiya tələblərinin dəqiqləşdirilməsi;
Sorğuların aidiyyəti üzrə satınalma və digər şöbələrə yönləndirilməsi;
Təchizatçılardan və satınalma şöbəsindən alınan məlumatların toplanması və sistemləşdirilməsi;
Kommersiya təkliflərinin hazırlanması və müştərilərə təqdim edilməsi;
Təkliflərin icra vəziyyətinin izlənilməsi və müştərilərlə mütəmadi əlaqənin saxlanılması;
Müqavilə, sifariş və digər satış sənədlərinin hazırlanması;
Müştəri bazasının yenilənməsi və məlumatların sistemdə qeydiyyatının aparılması;
İşgüzar yazışmaların aparılması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.
Namizədə qarşı tələblər
Ali və ya orta ixtisas təhsili;
Satış, müştəri xidmətləri və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
MS Office proqramlarında işləmək bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
Rus dili biliyi üstünlükdür;
İşgüzar yazışma və ünsiyyət bacarığı;
Məsuliyyətlilik, operativlik və yüksək kommunikasiya qabiliyyəti;
Komanda ilə işləmək bacarığı.
Təminatlar
Korporativ nömrə;
Tibbi sığorta;
Satış nəticələrinə əsaslanan bonus sistemi.
Qeyd - Vakansiya üzrə seçilmiş namizədlər üçün 1 həftəlik sınaq müddəti tətbiq olunur.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Grinco MMC, xidmət keyfiyyəti və bu keyfiyyətə paralel olaraq artım sürəti ilə hazırda 5000 -dən çox stoklu məhsulu və 1000 -dən çox müştərisi ilə ölkəmizin aparıcı iş yerinin təchizat mərkəzi olaraq…