GrincoGrinco

Satış Koordinatoru

1 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
17 iyul 2026

Vəzifə haqqında

İş şəraiti

  • İş yeri: Bakı şəhəri

  • Əmək haqqı: 600 AZN + bonus sistemi

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 08:30 – 17:30

Əsas vəzifə və öhdəliklər

  • Şirkətə daxil olan sorğu və sifarişlərin qəbul edilməsi;

  • Müştərilərlə əlaqə saxlayaraq texniki və kommersiya tələblərinin dəqiqləşdirilməsi;

  • Sorğuların aidiyyəti üzrə satınalma və digər şöbələrə yönləndirilməsi;

  • Təchizatçılardan və satınalma şöbəsindən alınan məlumatların toplanması və sistemləşdirilməsi;

  • Kommersiya təkliflərinin hazırlanması və müştərilərə təqdim edilməsi;

  • Təkliflərin icra vəziyyətinin izlənilməsi və müştərilərlə mütəmadi əlaqənin saxlanılması;

  • Müqavilə, sifariş və digər satış sənədlərinin hazırlanması;

  • Müştəri bazasının yenilənməsi və məlumatların sistemdə qeydiyyatının aparılması;

  • İşgüzar yazışmaların aparılması;

  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.

Namizədə qarşı tələblər

  • Ali və ya orta ixtisas təhsili;

  • Satış, müştəri xidmətləri və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;

  • MS Office proqramlarında işləmək bacarığı;

  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;

  • Rus dili biliyi üstünlükdür;

  • İşgüzar yazışma və ünsiyyət bacarığı;

  • Məsuliyyətlilik, operativlik və yüksək kommunikasiya qabiliyyəti;

  • Komanda ilə işləmək bacarığı.

Təminatlar

  • Korporativ nömrə;

  • Tibbi sığorta;

  • Satış nəticələrinə əsaslanan bonus sistemi.

Qeyd - Vakansiya üzrə seçilmiş namizədlər üçün 1 həftəlik sınaq müddəti tətbiq olunur.

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Grinco
Grinco
Topdansatış və pərakəndə ticarət

Grinco MMC, xidmət keyfiyyəti və bu keyfiyyətə paralel olaraq artım sürəti ilə hazırda 5000 -dən çox stoklu məhsulu və 1000 -dən çox müştərisi ilə ölkəmizin aparıcı iş yerinin təchizat mərkəzi olaraq…

Oxşar vakansiyalar

Hamısına bax