M M-TransM-Trans

Satış Nümayəndəsi (Yük avtomobili ehtiyat hissələri üzrə)

Posted 16 h ago Source
Customer Service
Monthly salary
Salary negotiable
Application deadline
14 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri

  • Yük avtomobilləri üçün ehtiyat hissələrinin satışının həyata keçirilməsi;
  • Mövcud müştəri bazası ilə işləmək və yeni müştərilərin cəlb edilməsi;
  • Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsulların təklif olunması;
  • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
  • Sifarişlərin qəbul edilməsi, icrasının və çatdırılma prosesinin izlənilməsi;
  • Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
  • Satış planlarının yerinə yetirilməsi və satış nəticələri üzrə mütəmadi hesabatların hazırlanması;
  • Bazarın, rəqiblərin və qiymət siyasətinin izlənilməsi.

Namizədə tələblər

  • Satış sahəsində minimum 3 il iş təcrübəsi
  • Yük avtomobillərinin ehtiyat hissələri haqqında ümumi biliklər;
  • Rus dili – sərbəst, ingilis dili - arzuolunan
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Güclü ünsiyyət, satış və təqdimat bacarıqları;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü yanaşma.

İş rejimi və əmək haqqı:

  • Əmək haqqı – müsahibə əsasında təyin olunacaqdır
  • İş qrafiki: həftə içi 5 gün

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış Nümayəndəsi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Similar jobs

See all