M-Trans Satış Nümayəndəsi (Yük avtomobili ehtiyat hissələri üzrə)
16 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Müştəri xidməti
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
- Yük avtomobilləri üçün ehtiyat hissələrinin satışının həyata keçirilməsi;
- Mövcud müştəri bazası ilə işləmək və yeni müştərilərin cəlb edilməsi;
- Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsulların təklif olunması;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Sifarişlərin qəbul edilməsi, icrasının və çatdırılma prosesinin izlənilməsi;
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
- Satış planlarının yerinə yetirilməsi və satış nəticələri üzrə mütəmadi hesabatların hazırlanması;
- Bazarın, rəqiblərin və qiymət siyasətinin izlənilməsi.
Namizədə tələblər
- Satış sahəsində minimum 3 il iş təcrübəsi
- Yük avtomobillərinin ehtiyat hissələri haqqında ümumi biliklər;
- Rus dili – sərbəst, ingilis dili - arzuolunan
- MS Office proqramlarında işləmək bacarığı;
- Güclü ünsiyyət, satış və təqdimat bacarıqları;
- Məsuliyyətli, operativ və nəticəyönümlü yanaşma.
İş rejimi və əmək haqqı:
- Əmək haqqı – müsahibə əsasında təyin olunacaqdır
- İş qrafiki: həftə içi 5 gün
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış Nümayəndəsi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
M 

M-Trans