Eden Agro MMC Satış üzrə kiçik mütəxəssis
About this role
Vəzifə öhdəlikləri:
Satış strategiyasının hazırlanmasında iştirak etməli, rəhbərə təkliflər verməlidir;
Müştərilərə müəssisənin istehsal etdiyi məhsullar, məhsulların keyfiyyəti və xüsusiyyətləri haqqında məlumatları verilməlidir;
Müştərilərdən daxil olan sifarişlərə nəzarət etməli, məhsullar müştərilərə təhvil verilənə qədər mütəmadi əlaqə saxlamalıdır;
Məhsulların təchizat müddətlərinin əməl edilməsinə nəzarət etməli, təchizatda yubanma yaranarsa, birbaşa rəhbərini məlumatlandırmalıdır;
Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaları hesabat şəklində rəhbərliyə çatdırmalıdır;
Potensial müştərilər haqqında məlumatlar toplamalı və rəhbərliyə təqdim etməlidir;
Daim yeni müştərilər axtarmalı və cəlb etməlidir;
Zavodun istehsal etdiyi əsas məhsulların (qlükoza, fruktoza, nişasta) və yan məhsulların (kəpək, özək, qarğıdalı qırıntısı, qlüten) satışını həyata keçirməlidir;
Sağlam müştəri münasibətlərini korporativ standartlara və biznes etikasına uyğun formada qurmalıdır;
Müştərilərin cəlbi istiqamətində görüşlər təşkil etməli və təkliflər hazırlamalıdır;
Satışla əlaqədar tələb və təklifləri hesabat şəklində təqdim etməlidir;
Bazarda olan rəqibləri mütəmadi araşdırmalıdır;
İşgüzar tədbirlərdə şirkəti təmsil etməlidir;
Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etməli, analiz aparmalı və çatışmazlıqları müəyyən edərək Kommersiya və Satış şöbəsinin müdirinə təkliflərini bildirməlidir;
Müştərilərin borclarına daimi nəzarət etməli və borcların əvvəlcədən təyin olunmuş vadə müddətinə uyğun yığılması ilə məşğul olmalıdır;
Vəzifə tələbləri:
Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahə);
Satış və ya logistika üzrə minimum 1-2 il iş təcrübəsi;
Təchizat zəncirinin idarə olunması sahəsində praktiki bilik;
Anbar uçotu və inventar nəzarəti
Müqavilələrin hazırlanması və icrası, qiymət formalaşdırma prinsipləri
Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
Azərbaycan / Rus dili səlis, İngilis yaxşı;
1C / ERP, MS Office (xüsusilə güclü Excel) proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
Struktur: Kommersiya, Satış və Marketinq departamenti
Bilavasitə tabe olduğu şəxs: Kommersiya departamentinin rəhbəri
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Satış üzrə kiçik mütəxəssis) qeyd edərək [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC…